Arxiv
22 Fevral 2020, 09:16 | QARABAĞ
Qondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB

Legitimliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası” dünyanın fərqli ölkələrində öz ofislərini açmağa səy göstərir. Əsas hədəf qondarma respublikanın tanınmasına nail olmaq cəhdidir.

 

Bu “nümayəndəlik”lərin ABŞ, Fransa, Rusiya, Avstraliya və s. ölkələrdə fəaliyyəti barədə zaman-zaman mətbuatda xəbərlər yer alır. Hər halda, qondarma rejimin məqsədi açıq-aydın ortadadır.

 

Bəs “nümayəndəlik”lərin birgə fəaliyyəti rəsmi formada necə idarə olunur?

 

Münaqişənin həllinə çalışan dövlətlər qondarma rejimin qeyri-qanuni əməlinə haqq qazandırırmı? Həmin ofislərin fəaliyyətinə qarşı rəsmi Bakı hansı formada mübarizə aparır?

 

Modern.az  mövzuya bir neçə aspektdən yanaşaraq, rəsmi və qeyri-rəsmi münasibət öyrənməyə çalışıb.

 

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev saytımıza bildirib ki, bu cür ofislərin idarə olunması qanundankənar formada həyata keçirilir:

 

“Azərbaycanın Kanada və Çexiyadakı  səfirliyində çalışan şəxs kimi deyə bilərəm ki, onların qondarma ofisləri tamamilə qanundankənar və heç bir əsası olmayan ofislərdir. İnsanlar Ermənistan pasportu ilə Ermənistan səfirliyində otururlar. İldə 3,  ya da, 4 dəfə, xüsusilə, qondarma erməni soyqırımı vaxtı gəlib deyirlər ki, “biz Dağlıq Qarabağ ermənilərinin nümayəndəsiyik”. Onlar faktiki həmin ölkədən Ermənistan pasportu ilə gəliblər. İkincisi, onlar ofis açanda belə onun nümayəndəliyi kimi yox, qeydiyyatdan keçən Ermənistan ocağı adını qoyurlar. Tədbirlərində guya qondarma erməni icmasının nümayəndəsinin ofisi kimi çıxış edirlər”.

 

Tural Gəncəliyev vurğulayıb ki,  onların təqdimatının əsası yoxdur:

 

“Çünki  reallıq tamam başqadır. Təbii, bu o demək deyil ki, biz onlara qarşı mübarizə aparmırıq. Həmin tədbirlərdə XİN və digər dövlət qurumlarımız olaraq onların özlərini təqdim etmək üçün proqramlarına baxırıq. Məncə narahatlığa heç bir əsas yoxdur. BMT ərazi bütövlüyümüzü tanıyır. Ermənistanın özü qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımır və tanıya da bilməz. Çünki Ermənistan onu etsə,  münaqişənin sonudur və Azərbaycan da yenidən müharibə etmək istədiyini açıb ortaya qoyacaq”.

 

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ilə söhbət zamanı bəlli olub ki, ermənilər heç zaman öz ofislərini leqal nümayəndəlik kimi hansısa statusda təqdim edə bilməz:

 

“Bu mümkün deyil. QHT kimi qeydiyyatdan keçirlər və orada- burada çalışırlar ki, bundan  istifadə etdinlər. Həmin  qurumlar fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə uyğun olaraq dövlət kimi yox,  QHT kimi qeydiyyatdan keçirlər. Bəzən olur ki, onlar separatçı rejimin adını çəkməyə çalışırlar. Belə olan hallarda Xarici İşlər Nazirliyi olaraq etirazımızı bildiririk və qarşısını alırıq. Hətta bu cür məsələləri səfirliyimiz nəzarətdə saxlayır və dərhal bunların qarşısı alınır”.

 

XİN sözçüsü bildirib ki, əgər həmin tədbirdə özünü Dağlıq Qarabağın nümayəndəsi  kimi təqdim edirsə,  bunun qarşısı dərhal alınır:

 

“Çünki onun heç bir  statusu olmadığından  belə ad altında çıxış edə bilməz. Bəzi hallarda belə səylər olub. Bu da qanunsuz fəaliyyət kimi hər zaman nəzərimizdən keçirilib. Bu kimi hallara dərhal cavab verilir və qarşısı alınır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lerikdə 15 yaşlı qızla əlaqəyə görə daha bir şəxs həbs edildi 15 Avqust 2020, 17:34 Azərbaycanda aparılan testlərin sayı 826 mini keçdi 15 Avqust 2020, 17:25 Karantin qaydalarını pozan 86 sahibkara protokollar tərtib olundu 15 Avqust 2020, 17:17 Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO 15 Avqust 2020, 17:08 Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - daha 2 nəfər öldü 15 Avqust 2020, 17:00 Ziyafət Əsgərov: “Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır” 15 Avqust 2020, 16:51 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı 15 Avqust 2020, 16:37 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan Livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48 İşə başlayan kafe-restoranlarda bu qaydalara əməl edilməlidir - FOTOLAR 15 Avqust 2020, 13:44 Sumqayıtda bir nəfəri döyüb videoya çəkənlər tutuldu - FOTO/VİDEO 15 Avqust 2020, 13:41 Nigeriyada Azərbaycanın Dostları Təşkilatı konsert keçirdi - Video 15 Avqust 2020, 13:36 Paytaxtda evdən 40 min dollarlıq oğurluq olub 15 Avqust 2020, 13:33