Modern.az

“Srebrenitsa anaları” Xocalının anım tədbirində - FOTO

“Srebrenitsa anaları” Xocalının anım tədbirində - FOTO

Aktual

22 Fevral 2020, 10:02

Azərbaycan Respublikasının  Serbiyadakı, Bosniya və Hersoqovina Səfirliyinin  Sarayevo Beynəlxalq Universitetində Xocalı Soyqırımının 28 illiyi münasibəti ilə təşkil etdiyi anım günü  tədbirində “Srebrenitsa anaları və Jepa Anklavı” birliyinin sədri Munira Subaşiç Azərbaycanın Serbiya Respublikasında, Bosniya və Hersoqovina və Monteneqrodakı Fövqəladə və Səlahiyyətli  səfiri Eldar Həsənova müracitlə məktub təqdim edərək bildirib ki, bu il Srebrenitsa Soyqırımının 25 illiyidir.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Azərbaycanda Srebrenitsa Soyqırımının adına bir küçə verilməsini istəyir. Munira  Subaşiç və onun təşkilatının üzvləri Srebrenitsa qətliamının şahidləri olan digər analar da ötən il Xocalı Soyqırımının 27 illiyində Bakıya qonaq gələrək, Xocalı abidəsini ziyarət etmiş, Xocalıdan didərgin düşmüş ailələr, doğmalarını itirmiş insanlarla görüşmüşdülər.  Xanım Subaşiç bildirib ki, artıq Fransadakı küçələrin birinin adı Srebrenitsa qurbanlarının xatirəsinə adlandırılıb. Təşkilat Türkiyə, Kanada, və digər dövlətlərə də Srebrenitsa faciəsini əks etdirən küçə adlarının verilməsi üçün müraciət ünvanlayıb.

 

Azərbaycanlı diplomat Eldar Həsənov  Xanım Munira Subaşiçin müraciətinin nəzərə alınması üçün  Azərbaycan dövlətinə təqdim edəcəyinə söz verib. Bundan sonra Munira Subaşiç deyib ki,  bu il aprel ayının 3-də Haaqada qətliamlara həsr olunmuş beynəlxalq dinləmələrdə iştirak edəcək. Və məruzəsinin biri də Xocalı soyqırımı haqqında olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı