Arxiv
23 Fevral 2020, 00:17 | AKTUAL
İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar.

Modern.az   xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. Bu işlərin bu ilin may ayında başa çatması planlaşdırılır.

2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən hazırda “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri aparılır və layihənin 2020-ci ildə başa çatması nəzərdə tutulur. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri Kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində son tamamlama işləri yekunlaşıb.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Bununla yanaşı, bu layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu möhkəmləndirir.

Qeyd edək ki, Sikstin Kapellasının yerləşdiyi bina Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biridir. Qeyd olundu ki, 1481-1483-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatlarından səhnələr təsvir olunan freskalar çəkilib. XV əsrdə dünya şöhrətli italiyalı heykəltəraş Mikelancelo kapellanın tavanının və mehrab divarının rəsmlərini yaradıb. Bura həm də muzey kimi fəaliyyət göstərir.

Vatikandakı Müqəddəs Pyotr Kilsəsi italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilib. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir. Buna görə də erkən xristianlıq dövründən etibarən əksər Roma papaları burada dəfn olunub.

Diqqətə çatdırıldı ki, Müqəddəs Pyotr Bazilikası həm də məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə dini mərasim keçirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı, 12 nəfər sağaldı 6 Aprel 2020, 15:32 "Dərs vaxtı"nın 7 aprel cədvəli 6 Aprel 2020, 15:24 Bu ölkədə pandemiya qurbanlarının sayı 13 mini ötdü 6 Aprel 2020, 15:22 Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər 6 Aprel 2020, 15:16 Gənclər “Tələbə baharı”na dəvət olunur 6 Aprel 2020, 15:11 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu 6 Aprel 2020, 15:03 Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI 6 Aprel 2020, 15:03 Həcc ziyarəti ləğv olunmaya bilər 6 Aprel 2020, 15:01 Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi 6 Aprel 2020, 14:59 Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA 6 Aprel 2020, 14:12 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20 Hökumətin hesabatına əlavələr edildi 6 Aprel 2020, 12:15 Bir sutkada karantin rejimi pozanlardan 380.000 manat cərimə TOPLANDI 6 Aprel 2020, 12:10 Taksi sürücülərinə ŞAD XƏBƏR 6 Aprel 2020, 12:01 Ermənistanda virusdan ölənlərin sayı 8-ə çatdı 6 Aprel 2020, 11:57 Rusiyada koronavirusa yoluxanların sayı ARTDI 6 Aprel 2020, 11:51