Arxiv
23 Fevral 2020, 15:30 | DÜNYA
Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar...

Qadına qarşı zorakılıq uzun  əsrlər boyu istər Qərbdə, istərsə də Şərqdə adi hal kimi qəbul olunub. Lakin XX əsrin əvvəllərindən başalayaraq, zorakılığın bu formasına qarşı məqsədli və planlı mübarizə aparılmağa başlanıb.

 

Buna baxmayaraq, XXI əsrin əvvəlləri üçün də qadına qarşı şiddət, zorakılıq təhlükəli miqyasda qalmaqada davam edir. Ərləri, sevgililəri yaxud ailə üzvləri tərəfindən namus, qısqanclıq və s. zəmində öldürülən qadınların sayı onminlərlədir.

Belə ki, 2018-ci ildə BMT-nin illik hesabatında 90 mindən çox qadının qətlə yetirildiyi bildirilirdi. Onların 50 mini öz sevgilisi yaxud əri tərəfindən öldürülüb.

 

Maraqlıdır ki, dünyada törədilən cinayətlərin ümumi faizində qatillərin 90% və qurbanların 80%-i kişilər olsa da, yalnız intima partnyorlar tərəfindən törədilən cinayətlərin faizində qadın qurbanların sayı 70%-dir.

 

Dünyanın ən böyük problemlərindən biridə qadın cinayətləri, qadına qarşı törədilən vəhşiliklərdir.

Ailədaxili münaqişələr, məişət zorakılıqları artıq pik həddə çatıb. Qısqanclıq zəminində törədilən qətllər, bıçaqlanmalar saya-hesaba gəlmir. Hər keçən gün qadın cinayəti artmaqdadır. Ölkədə hər gün onlarla “namus cinayətləri” baş verir. Bu müxtəlif səbəblərdən ola bilər.

 

Modern.az sizə ən yüksək qadın cinayətləri baş verən ölkələrin statistikasını təqdim edir:

 

Rəsmi rəqəmlərə görə yalnız Türkiyədə 2011-ci ilin yanvar 2019-ci ilin avqustu arasında 2636 qadın cinayəti işlənib. 2018-ci ildə 440, 2019-cu ilin ilk 8 ayında 294 qadın öldürülüb. Bu cinayətlərin 58 faizi qurbanların tanışları tərəfindən törədilib.

2017-ci ildəTürkiyədə 409 qadın, 2018-ci ildə isə 2018-ci ildə 317 qadın cinsi zorakılığa məruz qalıb. 2019-cu ilin əvvəlindən bəri öldürülən qadınların sayı 300-ü keçib.



Avropa Birliyi ölkələrindən biri olan Fransada 2018-ci ildə 121 qadının öldürüldüyü bildirilir. Beləliklə, hər 3 gündən 1 qadın zorakılıq qurbanı olur. Ümumilikdə, sosioloqlar ölkədə 220 min qadının məişət zorakılığından əziyyət çəkdiyini ehtimal edir. Fransa 2019-cu ildə ən çox qadın qətlinə məruz qalan ölkələr arasında birinci yeri tutub. Noyabrın sonuna hökumət məlumatlarına görə, 2019-cu ildə ölkədə ən az 130 qadın öldürülüb. Noybarın 23-də əri tərəfindən öldürülən və meşəyə atılan qadının öldürülməsi Fransa cəmiyyətini sarsıdıb. Fransada qadın cinayətlərinin artması vətəndaşların sərt reaksiyasına səbəb oldu.

 

2019-cu il noyabrın 23-də Fransa və İtaliyanın onlarla şəhərində qadın cinayətinə etira edən yüzminlərlə qadın “Biz hamımız” sloqanlı etiraz yürüşləri keçirməyə başladı. Bu aksiya ilə onlar qadına qarşı zorakılığa effektiv tədibrlərin görülməsini hökumətdən tələb edirdilər.

Frsansa ilə yanaşı, İtaliyada da problüm qabarıqdır. 2017-ci ildə burda 94 qadın öz əri yaxud sevgilisi tərəfindən öldürülüb.

İtaliya Araşdırma İnstitutu tərəfindən yayımlanan rəqəmlər, qadın cinayətlərinin sayının artdığını göstərdi. Son 5 ildə 538 min qadının həyat yoldaşları tərəfindən fiziki və ya cinsi istismara məruz qaldığını açıqlayan institut, 2018-ci ildə 142 qadının öldürüldüyünü açıqlayıb.

 

 Rumıniyada isə 2018-ci ildə 84 qadın öldürülüb.

 2018-ci ildə Romanyada 18 min qadın məişət zorakılığına məruz qalsa da, 2017-ci ildə meydana gələn 20 min 531 məişət zorakılığı hadisəsində 46 qadın öldürülüb. 2016-cı ildə zorakılıq qurbanlarının sayı 57 oldu.

 

Almaniya polisi açıqladığı statistikaya görə, 2016-cı ildə 149 qadın ya keçmiş sevgilisi ya əri tərəfindən öldürüldü,208 qadın isə öldürülməyə cəhd edildi. Bu rəqəm o deməkdir ki, Almaniyada demək olar ki, hər gün bir adam həyat yoldaşını və ya keçmiş sevgilisini öldürür və ya öldürməyə cəhd edir.

Böyük Britaniyada 2009-2015-ci ildə 936 qadın öldürülüb, onlardan 598-i öz partnyorları tərəfindən öldürülüb. 



Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci il üzrə hesabatında deyilir ki, Azərbaycanda 1175 məişət zorakılığı cinayəti baş verib. Bu cinayətlər nəticəsində isə nəticəsində isə 1 221 nəfər zərər çəkib. Bu isə 201-ci ilin məişət zorakılığı ilə bağlı Azərbaycandakı vəziyyətə dair rəqəmlərdə öz əksini tapıb.

 

Zərərçəkənlərin böyük əksəriyyəti isə qadın olub. Belə ki, 1221 nəfər zərəçəkənin 915-i qadın olub ki, onların da 9-u 18 yaşadək qızlardır. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb. Həmin şəxslərin arasında yenə 42 nəfərlə qadınlar çoxluq təşkil edir. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib. 

 

 Səkinə ƏLƏKBƏROVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08