Modern.az

“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi

“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi

Aktual

24 Fevral 2020, 00:47

“Bugünkü güclü təkanlardan sonra proses zəlzələ ocağı sönənə qədər davam edəcək”.

Modern.az  xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

O xatırladıb ki, zəlzələnin baş verdiyi ərazi seysmik bölgədir: "Bir az əvvəl Türkiyə-İran sərhədində daha güclü bir zəlzələ baş verib - saat 20:00-da (Ml=5.9). Güclü zəlzələdir və zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub. Bu gün həmin ərazidə baş verən birinci zəlzələ də güclü idi (Ml=5). Birinci zəlzələnin fəsadları ilə bağlı artıq hər iki ölkədən məlumatlar var.

Məlumat üçün deyim ki, həmin ərazidə əvvəllər də belə zəlzələlər baş verib. Bugünkü güclü təkanlardan sonra orada prosesin zəlzələ ocağı sönənə qədər davam edəcəyi istisna deyil".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır