Arxiv
24 Fevral 2020, 11:55 | İQTİSADİYYAT
“Filizçay yatağının istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq” - Zakir İbrahimov

“AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi 2019-cu ildə bütün növ vergi ödənişlərində də artım qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

 

O qeyd edib ki, ötən il dövlət büdcəsinə ümumilikdə 13 487 739 manat vəsait ödənilib:

 

"2018-ci ildə isə bu məbləğ 12 644 465 manat təşkil edib. 2019-cu ildə büdcə ödənişləri öncəki illə müqayisədə 843 274 manat, yəni 6,7 % artıb. Hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində Cəmiyyət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən alışı təşkil edilib. 2019-cu ildə 57 min unsiya saf qızıl ARDNF-ə satışı həyata keçirilib.

Qeyd edək ki, bu satışın ümumi həcminin 95%-i təşkil edir. Yuxarıda sadalanan bütün rəqəmlər sadəcə 1 yatağın, Daşkəsən rayonunun şimal hissəsində yerləşən Çovdar yatağının yerüstü (oksid) mərhələsinin istimarı nəticəsində əldə etdiyimiz nəticələri əks etdirir. Lakin, qeyd edim ki, digər sahələrin işə salınması üzrə də intensiv işlər görülür".

 

Onun sözlərinə görə, 2021-ci ildə Çovdar yatağının cinahları, yəni “AzerGold”-un geoloqları tərəfindən kəşf edilən Ağyoxuş və Mərəh sahələrinin istismara verilməsi planlaşdırılır:

 

"Məlumat verim ki, Ağyoxuş yatağının resurs potensialı 40 min unsiya qızıl olaraq hesablanıb. Hazırda yatağın açıq üsulla istismarı layihəsi çərçivəsində mədən dizaynı hazırlanır. Mərəh sahəsinin isə ilkin kəşfiyyat işləri müsbət nəticələnib və ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Növbəti mərhələdə ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üzrə işlər davam etdiriləcək. Göygöl rayonunda yerləşən və potensial resursları 500 min unsiya qızıl olaraq qiymətləndirilən Tülallar yatağının şimal hissəsində hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il də sürətlə davam etdiriləcək. Tülallar sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurlarının hesablanması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq. Bundan başqa, Çovdar yatağın 2024-cü ildə yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulub. Yatağın sulfid fazası üzrə təsdiqlənmiş resursları 350 min unsiya qızıl və 925 min unsiya gümüş təşkil edir. Hal-hazırda resursların artırılması istiqamətində əlavə buruq-qazma işləri yekunlaşdırılmışdır, resursların hasilat səmərəliliyinin qiymətləndirilməsi həyata keçirilməkdədir. Cari ilin sonuna qədər yatağın sulfid fazası üzrə detallı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması gözlənilir".

 

Sədr qeyd edib ki, digər iri layihələrdən biri Filizçay yatağıdır:

 

"Bilirsiniz ki, Balakən rayonunda yerləşən bu yataq filiz ehtiyyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünyada polimetal yataqlarının ilk onluğuna daxildir. Yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyyatları 60 milyon tona yaxın proqnozlaşdırılır. Planlaşdırılan tədqiqat işləri nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona kimi artırılması da gözlənilir. Nəzərə almaq lazımdır ki, Filizçay yatağı ilə bağlı bütün məlumatlar Sovet dövrünə aiddir. Bu məlumatların beynəlxalq standartlara uyğun yenilənməsi prosesi kifayət qədər vaxt tələb edir. Bununla yanaşı hər bir yataq istismara verilinə qədər onun ehtiyyat həcmlərinə uyğun icra edilməsi tələb olunan mərhələləri var. Bu mərhələlərin müddəti yatağın həcmi ilə yanaşı, yerləşdiyi relyefdən, geoloji strukturdan və digər məsələlərdən asılı olaraq dəyişir. Yataqda hasilat işlərinə başlamazdan öncə potensial resursların təyin edilməsi, resurların hesablanması və təsdiqi, texniki-iqtisadi əsaslandırma və, nəhayət, tikinti işlərinin aparılması kimi mərhələlərdən keçməlidir ki, buna da müvafiq olaraq illər tələb olunur. Bütün bu prosesləri nəzərə alaraq ilkin olaraq Filizçay yatağın aktiv istismarına 2027-ci ildən başlanılması planlaşdırılırdı. Lakin biz bütün qüvvələrimizi səfərbər etmişik ki, yatağın istismarına 2 il daha tez, yəni 2025-ci ildə başlayaq. Mart ayından etibarən ərazidə buruq-qazma işləri icra ediləcək, növbəti mərhələdə isə metallurji sınaqların aparılması planlaşdırılır. Yatağın istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq və ümumilikdə, yatağın yerləşdiyi ərazidə sosial-iqtisadi inkişafa böyük töhfələr vermiş olacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 17:08 Ölkəmizdə koronavirusa doğru pik gediş var - Deputatdan ÇAĞIRIŞ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Parlamentin komitəsi onlayn iclas keçirdi 31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Prezident Mikayıl Cabbarovu qəbul etdi 31 mart 2020, 15:50 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38 Mətbuat Şurası jurnalistlərə xüsusi rejimlə bağlı TÖVSİYƏLƏR VERDİ 31 mart 2020, 14:32 “Burda da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ 31 mart 2020, 14:26 Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”   31 mart 2020, 14:26 Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ 31 mart 2020, 14:22 DİN:  Zərurət olmadan şəxsi avtomobildən istifadə etməyin” 31 mart 2020, 14:19 “NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı 31 mart 2020, 14:12 Hamilə qadınlara koronavirusla bağlı GİNEKOLOQ tövsiyəsi - VACİB   31 mart 2020, 14:06 Aprelin ilk günü üçün HAVA PROQNOZU 31 mart 2020, 14:00 Azərbaycandan Qarabağda keçirilən qondarma "seçkilərə" ETİRAZ BƏYANATI 31 mart 2020, 13:54