Modern.az

MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK?

MSK-nın ləğv etdiyi dairə və məntəqələr - DAVAM EDƏCƏK?

24 Fevral 2020, 12:05

Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır. Ona görə, fevral ayının 29-da MSK-nın Milli Məclisə seçkilərin yoxlanılması prosesi başa çatacaq.

 

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

 

İndiyə qədər 10 iclas keçirən Komissiya 100-dən çox məntəqədə seçki nəticələrinin ləğvi haqqında qərar qəbul edib.

 

Modern.az nəticələri etibarsız sayılan seçki məntəqələrinin siyahısını təqdim edir. 

 

Şikayətlərin ünvanlanması üçün ayrılan 3 gün vaxt bitdikdən sonra MSK-nın fevralın 13-də keçirilən ilk iclasında ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb.

 

17 fevralda baş tutan iclasda da maraqlı subyektlərin də bilavasitə iştirakı ilə aparılan geniş müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Komissiya 34 saylı Xətai ikinci seçki dairəsinin 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair yekun protokollarında seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığından, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib.

 

Ayın 18-də keçirilən iclasda komissiya müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında Milli Məclisə seçkilər keçirilən 16 seçki məntəqəsində - 123 saylı Kəlbəcər seçki dairəsinin 16, 79 saylı İmişli seçki dairəsinin 14, 16, 21, 23 və 25, 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 4, 8 və 9, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 31 və 35, habelə 29 saylı Səbail seçki dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünü və seçki qanunvericiliyinin tələblərinə zidd olan digər halları nəzərə alaraq, sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız sayıb.

 

19 fevraldakı iclasda isə 30 saylı Suraxanı birinci seçki dairəsinin 1, 12, 14, 16 və 18, 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21, habelə 90 saylı Ağdaş seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri ləğv olunub.

Fevralın 20-nə təsadüf edən iclasda 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 8, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59, 107 saylı Qazax seçki dairəsinin 2, 57 saylı Kürdəmir seçki dairəsinin 7, 18, 20, 27 və 33, 8 saylı Binəqədi birinci seçki dairəsinin 24, 11 saylı Qaradağ seçki dairəsinin 30 və 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 14, 17, 23 və 25 saylı seçki məntəqələrində səsvermə nəticələri ləğv edilib.

 

Komissiyanın 21 fevral iclasında da bir çox məntəqələrin taleyi həll edildi.  Bunlar 91 saylı Ucar seçki dairəsinin 18 və 38, 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 20, 22 saylı Nəsimi ikinci seçki dairəsinin 1, 11, 20 və 24, eləcə də 25 saylı Nizami ikinci seçki dairəsinin 26 saylı seçki məntəqəsidir.

 

22 fevralda baş tutan iclasda isə 11 saylı Qaradağ seçki dairəsinin 25, 48 saylı Yevlax seçki dairəsinin 6, 82 saylı Ağcabədi seçki dairəsinin 3 və 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olundu.

 

MSK-nın fevralın 23-də keçirilən iclasında 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 16, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 10, 60 saylı Salyan-Neftçala seçki dairəsinin 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37 və 39, 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 10 və 29, həmçinin 118 saylı Ağdam şəhər seçki dairəsinin 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünə və seçki qanunvericiliyinə uyğun olmayan digər hallara görə nəticələrin ləğvinə qərar verilib.

Beləliklə, bu günə qədər 30 seçki dairəsinin 105 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.

 

Onu da qeyd edək ki, MSK bu gün də dairələrdən şikayətlərə baxacaq. Bugünkü iclasda hansısa dairənin və seçki məntəqələrinin nəticələrinin ləğvi istisna deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər