Modern.az

Koronavirus qızılı bahalaşdırdı

Koronavirus qızılı bahalaşdırdı

24 Fevral 2020, 12:28

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri dünyanı cənginə alan koronavirusun qızıl və digər əlvan metalların qiymət artımına münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, İdarə Heyətinin sədri Zakir İbrahimov deyib ki, dünya birjalarında qızılın və digər əlvan metalların qiyməti həm tələbat, həm də digər geosiyasi vəziyyətlərə bağlı olaraq, dəyişir:

 

"Hazırda dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir. Buna səbəb də investorların qızılı ehtiyat üçün almasıdır. Məhz bu, tələbatı artırıb. Biz 2020-ci il üçün büdcəni formalaşdıranda bir neçə qiymət proqnozlaşdırmışdıq. Hazırda isə qızılın qiyməti bizim proqnozlarımızdan yuxarıdır. Bu isə deməkdir ki, "AzerGold" un mənfəətləri daha çox olacaq".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi