Arxiv
25 Fevral 2020, 11:13 | DÜNYA
Ərdoğan Bakıya gəlir

"2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri ərəfəsində mətbuat konfransı zamanı deyib.

 

Prezident xatırladıb ki, Bakıya sonuncu dəfə ötən il oktyabrın 15-də gəlib:

 

“Noyabrın 30-da isə azərbaycanlı həmkarım İlham Əliyevi Ankarada qəbul etmişəm. Azərbaycan Prezidenti ilə müxtəlf məsələləri telefonla müzakirə edirik”.

 

Ərdoğan bildirib ki, iki ölkə arasında səfərlərin çoxluğu strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir:

 

“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, amma 2015-ci ildə qeydə alınmış 5 milyard dollar həcmindən azdır”.

 

Türkiyə Prezidenti daha sonra qarşılıqlı investisiyalar barədə danışıb:

 

“Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatıb. Eyni zamanda Azərbaycanın Türkiyəyə investisiyaları 20 milyard dollar təşkil edir”.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir.

 

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək. Şura toplantısında Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Görüşdə ikili münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin olacağı güman edilir. Bundan başqa, səfər çərçivəsində müxtəlif anlaşma və sazişlərin imzalanması gözlənilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ cəbhəsində gərginlik - pulemyotlar işə düşdü 5 Aprel 2020, 09:53 “Milli Məclisdə amnistiya haqqında təklif irəli sürülə bilər” – Deputat AÇIQLADI 5 Aprel 2020, 09:46 Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü 5 Aprel 2020, 09:43 Azərbaycanda ən çox koronavirus yayılan bölgələrin deputatları: Vəziyyət hələ ki, həyəcanlı deyil 5 Aprel 2020, 09:39 Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib 5 Aprel 2020, 09:23 Suriyada terrorçular 8 dinc sakini öldürüb 5 Aprel 2020, 09:17 Neftin son qiyməti daha çox bu ölkələri silkələyəcək - Siyahı 5 Aprel 2020, 09:13 Tramp neft idxalına rüsum tətbiq edə bilər 5 Aprel 2020, 09:06 UEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi 5 Aprel 2020, 08:59 Bakı sakininin başına dəmir qapı düşdü 5 Aprel 2020, 08:53 Meksikada 79 nəfər koronavirusdan öldü 5 Aprel 2020, 08:46 "Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp   5 Aprel 2020, 08:40 Son sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxub 5 Aprel 2020, 08:34 Rusiyada cinayətkar 5 qonşusunu öldürdü 5 Aprel 2020, 08:26 Moskvada daha iki nəfər koronavirusdan ölüb 5 Aprel 2020, 08:22 Almaniyada koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib 5 Aprel 2020, 08:15 Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16