Modern.az

İranın səhiyyə nazirinin müavini koronavirusa YOLUXDU - VİDEO

İranın səhiyyə nazirinin müavini koronavirusa YOLUXDU - VİDEO

Dünya

25 Fevral 2020, 15:58

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçi yeni koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə nazir müavini özü videomüraciətlə elan edib.

 

İ.Hərirçinin sözlərinə görə, ötən gün bədəninin temperaturu qalxıb və analiz verib.

 

Nazir əlavə edib ki, bu gün analizlərin nəticəsinə əsasən yeni koronavirus təsdiqlənib:

 

“Mən özümü hazırda təcrid etmişəm. Ümumilikdə vəziyyətim yaxşıdır. İşləri telefon vasitəsi ilə idarə edirəm”.

 

 

 
 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır