Arxiv
25 Fevral 2020, 17:37 | MƏDƏNİYYƏT
Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi

Sabah 28 il olacaq ki, Azərbaycan başına gətirilmiş dəhşətli faciəni, Xocalı soyqırımını anacaq.

Xocalı bizim qəm dünyamızdır. Xocalıya aid yüzlərlə mahnılarımız, filmlərimiz çəkilsə də, hələ də bütün dünya bu erməni cinayətindən xəbərsizdir.

Müxtəlif yollarla biz Xocalıda baş verənləri dünyaya çatdırırıq. Bəs, hazırda elə bir mahnılar bəstələnirmi ki, Xocalı həqiqətlərini dünyaya çatdırmaq gücündə olsun?

 

Məsələ ilə bağlı Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov Modern.az-a danışıb.

“Öncə bildirim ki, burda söhbət tək mahnıdan getmir, böyük əsərlərdən gedir. Xocalıya dair bizim çoxlu tamaşalarımız, rəsm əsərlərimiz, mahılarımız, filmlərimiz var. Bu günlərdə Azərbaycan Dövlət Televiziyası Xocalıya aid yeni film çəkib. Sözümün əsas məğzi odur ki, elə əsərlərimiz var ki, dünya çapında Xocalı həqiqətlərini çatdıracaq gücə malikdir. Xocalı soyqırımına həsr edilmiş mahnılarımız var, niyə yoxdur ki? Ümumiyyətlə, bizim vətənpərvərliklə bağlı, Qarabağımızla  bağlı  nə qədər musiqilərimiz bəstələnib. Bu musiqilərin hər biri bir tarixdir. Bu tarixi də zamanla dünyaya çatdıracaq çox güclü səs imkanlarına malik müğənnilərimiz var , hansı ki, onlar dəfələrlə beynəlxalq tədbirlərdə çatdırmağa nail olurlar”.

Bəstəkar  Faiq Sücəddinov bu mövzuda  yetəri qədər mahnıların bəstələndiyini də söyləyib:

“Yəni bildirmək istəyirəm ki, yüzlərlə musiqilər yazılıb, siz niyə söyləyirsiniz ki, elə bir əsər yoxdur?. Mən 1988-ci ildə Cabir Novruzun sözlərinə “Vətəndən pay olmaz” musiqisini bəstələdim. Dediyim odur ki, yəni hələ o illərdə müharibə yox idi, Topxana meşəsi məhv ediləndən sonra soyqırımla bağlı mahnılar yazılmağa başladı. “Vətən harayı”, “Vətən səni çağırır” bütün bu musiqilər birbaşa Xocalıyla, Qarabağla bağlı yazılmış musiqilərdir”.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şairə və bəstəkar Xanım İsmayılqızı isə Xocalıyla bağlı mahnı yazmadığını təssüflə söyləyib:

“Çox təssüflər olsun ki, mənim Xocalıyla bağlı mahnım yoxdur. Ancaq vətənpərlik mövzusunda kifayət qədər mahnılarım var. Misal üçün “Oğulları var millətin ,Qarabağa yürüş edib qaytaracaq öz sərvətin” . Bu musiqi gənclərimizi sanki döyüşə hazırlayır. “Vətən oğlu”, “Azərbaycan var ol”,”Vətən anadır “ düzdür , bu musiqi  yunan musiqisidir. Mahnının sözləri mənə məxsudur, bəstəkarı isə Tanos Mikruçikosa aiddir. Bu musiqini məşhur müğənnimiz Aygün Kazımva ifa edib. Bax, bu cür mahnılar dünyaya Azərbaycan adını çatdıracaq səviyyədə öz sözünü demiş musiqilərdir.

 

Ancaq təəsüf ki, Xocalı soyqırımına aid elə bir mahnı tanımıram. Bəlkə də yazılıb, mən bilmirəm. Ona görə də konkret  bir söz deyə bilmərəm. Düşünürəm ki, Xocalı da vətəndir, vətənpərvərliklə bağlı mahnılar da elə bu soyqırıma da aiddir”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10 Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48 Naftalanda onlayn Yoqa məşğələləri – Evdə qal, sağlam qal! 5 Aprel 2020, 14:45 Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır 5 Aprel 2020, 14:34 Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ 5 Aprel 2020, 14:22 Apteklərdəki spirtlə bağlı əhaliyə ciddi xəbərdarlıq 5 Aprel 2020, 14:14 Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb 5 Aprel 2020, 14:06 Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb 5 Aprel 2020, 14:05 Daha 2 ölkədə koronavirus aşkarlandı 5 Aprel 2020, 14:04 Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb 5 Aprel 2020, 14:02 Bu ölkədə bir gündə 6000-dən çox insan koronavirusa yoluxub 5 Aprel 2020, 13:58