Modern.az

Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı

Qalmaqallı dairədə daha 2 məntəqənin nəticələri etibarsız sayıldı

Aktual

25 Fevral 2020, 19:32

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 31 saylı Suraxanı İkinci Seçki Dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb.

 

Modern.az-ın məlumatına görə, həmin dairə ilə bağlı daxil olan müraciətdə səsvermə günü qanun pozuntularının olduğu iddia edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və qeyd olunan iddialar yalnız 13 və 26 saylı seçki məntəqələrində təsdiqini tapıb. A.Muxtarova həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, bu dairədə Etibar Əliyev qalib gəlmişdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir