Modern.az

Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər

Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər

25 Fevral 2020, 22:33

Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, bunu UEFA-nın vitse-prezidenti Mişel Uva deyib.

O bildirib ki, koronavirus Avropa ölkələrində yayılmaqda davam edərsə, UEFA-nın bayrağı altında təşkil edilən klub turnirləri qeyri-müəyyən vaxta qədər keçirilməyəcək: "Hazırda gözləmə mərhələsindəyik, vəziyyəti izləyirik. Futbol oyunları ölkələrin qanunlarına uyğunlaşdırılmalıdır. Əlbəttə ki, dayanmamağa çalışırıq. Ancaq vəziyyət pisləşərsə, turnirləri dayandırmalı olacağıq".

Koronavirusla bağlı problem yaya qədər səngiməsə, hətta AVRO-2020-nin baş tutmaması da mümkündür.

Qeyd edək ki, hazırda Çempionlar Liqasında 1/8, Avropa Liqasında isə 1/16 final mərhələsinin mübarizəsi davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi