Arxiv
26 Fevral 2020, 11:25 | AKTUAL
Türkiyə XİN-dən Xocalı ilə bağlı BƏYANAT

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının ildönümü ilə məlumat yayıb.

 

Bu barədə Modern.az Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

 

Məlumatda qeyd olunur:

 

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri Ermənistan ordusunun silahlı dəstələri Azərbaycanın torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərin hücumu nəticəsində şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb.

 

Azərbaycan ərazilərinin işğalı, o cümlədən mülki əhaliyə qarşı edilən qeyri-insani hücum nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk edərək öz ölkələrində qaçqın kimi yaşamağa məcbur olub.

 

Hazırda Azərbaycan ərazisinin iyirmi faizi işğal altındadır.

 

Xocalıda törədilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını pisləyirik”.

 

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

 

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

 

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 Su kanalında batan ata və oğlunun meyiti tapılıb 6 Aprel 2020, 20:04 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17 Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE 6 Aprel 2020, 18:12 8103-lə bağlı ən çox verilən suallara CAVAB 6 Aprel 2020, 17:57 Neftçalada aztəminatlı ailələrə yardım edilib - FOTO 6 Aprel 2020, 17:52 Milli Teleradio Şurasına yeni sədr seçildi - Nuşirəvan Məhərrəmli kənarlaşdırıldı 6 Aprel 2020, 17:50 Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub 6 Aprel 2020, 17:46 İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib 6 Aprel 2020, 17:40 Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB 6 Aprel 2020, 17:35 Əfv Komissiyasının üzvü: “Prezident sərəncamı yaşlı məhkumların izolyasiyası üçün verdi” 6 Aprel 2020, 17:30 Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım” 6 Aprel 2020, 17:26 İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi - ADLAR 6 Aprel 2020, 17:20 İş yerlərinin qorunması məqsədilə atılacaq addımlar AÇIQLANDI 6 Aprel 2020, 17:13 Dağlıq Qarabağda seçkilər yalnız bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər - XİN 6 Aprel 2020, 17:07