Modern.az

Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər AÇIQLANDI

Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər AÇIQLANDI

27 Fevral 2020, 12:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən əraziləri açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirliyin departament direktoru Hikmət Əlizadə jurnalistlərə məlumat verilib.

 

Onun sözlərinə görə, ov yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır:

 

"Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir".

 

O, həmçinin ov etmək hüququnun hansı hallarda məhdudlaşdırıldığını açıqlayıb:

 

"Ov etmək üçün ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda həmin şəxsin ov etmək hüququ məhdudlaşdırılır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi