Modern.az

Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir

Bakıda “Bakubus” avtobusları dezinfeksiya edilir

Aktual

28 Fevral 2020, 00:17

“Bakubus” MMC-də avtobuslarda kəskin resporator xəstəliklərə qarşı dərmanlama işləri aparılır.

Modern.az  APA-ya istinadən xəbər verir  ki, qanunvericiliyə uyğun olaraq, iki aydan bir həmin sərnişin avtobuslarında dezinfeksiya işləri aparılır. Aparılan bu işlər kəskin respirator xəstəliklərə qarşı qabaqlayıcı xarakter daşıyır.

Bakı Nəqliyyt Agentliyinin mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin APA-ya verdiyi məlumata görə, hazırda koronovirusla bağlı müvafiq səhiyyə qurumlarının tövsiyəsi olarsa, bu işlər mütəmadi həyata keçiriləcək.

Qeyd edək ki, müvafiq işlər sərnişinlərin narahatlığına səbəb olmaması üçün gecə aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir