Modern.az

Moldovanın spikeri Azərbaycan səfirinə martişor hədiyyə etdi

Moldovanın spikeri Azərbaycan səfirinə martişor hədiyyə etdi

Aktual

29 Fevral 2020, 14:08

Fevralın 28-i Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Moldova parlamentinin sədri Zinaida Qreçanıy ilə görüşü keçirilib.

 

Modern.az-ın məlumatına görə, gürüşdə Moldova ilə Azərbaycan arasında xoş dostluq və əməkdaşlıq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin olduğu qeyd olunub.

 

Tərəflər Azərbaycan-Moldova münasibətlərin  inkişafı ilə bağlı müzakirələr aparıb. Qeyd olunub ki, Moldova parlamentinin sədri Zinaida Qreçanının Bakıya planlaşdırılan rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.

 

Ənənəyə əsasən Zinaida Qreçanıy səfirə Moldovada yazın gəlməsinin rəmzi olan – martişor hədiyyə edib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir