Modern.az

İran parlamenti koronavirusa görə iclas keçirməyəcək: 43 ölü, 593 yoluxma

İran parlamenti koronavirusa görə iclas keçirməyəcək: 43 ölü, 593 yoluxma

29 Fevral 2020, 14:29

İran parlamentinin sözçüsü Esadullah Abbasi ölkəsində daha 5 deputatın koronavirus testinin müsbət olduğunu açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, o, qeyd edib ki, 100 deputatdan alınan virus testində 5 deputatın koronavirusa yoluxduğu məlum olub.

 

Abbasi İran prezidenti Həsən Ruhaninin göstərişi ilə parlamentin bütün üzvlərinin test olunacağını bildirib.

 

Buna görə sabah parlamentin nəzərdə tutulan iclası təxirə salınıb.

 

Bu vəziyyət bazar ertəsinə qədər davam edəcək.

 

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin son rəsmi məlumatında ölkədə koronavirusa yoluxan şəxslərin 593, ölənlərin isə 43 olduğunu açıqlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü