Arxiv
13 Aprel 2012, 09:37 | İQTİSADİYYAT
Rəqsanə və atası...

Rəqsanəyə bir müğənni kimi heç vaxt simpatiyam olmayıb. Bunun bir neçə səbəbi var. Əsas səbəb odur ki, bu xanımın ifa etdiyi mahnılar mənim zövqümü oxşamır. Kənd yerlərində sağıcı və üzümçü işləyən qızlar el şənliklərində Rəqsanədən daha yaxşı oxuyurular. Amma onlar Rəqsanə kimi müğənniliyə iddia etmirlər. Yaxşı olar ki, hər kəs bacardığı işin arxasınca getsin.   Müğənninin sənəti ilə onun şəxsiyyəti vəhdət təşkil etməlidir. Efirə çıxan adam öz hərəkətləri ilə tamaşaçıya nümunə olmalıdır. Mən, bir ay əvvəl ATV-nin ən populyar verilişi olan “Səni axtarıram”ın studiyasında Rəqsanə ilə qarşılaşanda, xeyli təəccübləndim. Arxa cərgədə əyləşmiş bir tamaşaçının qulağıma pıçıldadığı sözlər indiyə kimi yadımdadır: “Əgər Rəqsanə də millətə ağıl öyrədəcəksə, vay bizim halımıza”.

Bu rəy tamaşaçıların Rəqsanəyə olan münasibətini çılpaqlığı ilə ortaya qoyur.   Neçə gündür ki, müxtəlif adamlar mənə bir sualla müraciət edirlər: atası Rəqsanədən niyə imtina etdi? Bəzən elə olur ki, mənim fikrimi öyrənmək istəyən adamlar ağzımı açmağa imkan verməyib, özləri məsələyə münasibət bildirirlər. Son üç gündə bu cür rəyləri çox eşitmişəm: “Onun atasının yerinə mən də olsaydım, Rəqsanə kimi övladdan imtina edərdim”.

İndi mən soruşuram: Rəqsanənin anasının və bacısının adının insan alverində hallanmasında, onun özünün normal ailə həyatı qura bilməməsində günahkar kimdir? Qazancını rus qadınına və onun dünyaya gətirdiyi iki uşağa xərcləyən bir kişinin bu gün kamera qarşısına çıxıb, Rəqsanəni pis övlad kimi təqdim etməyə haqqı varmı?   Kifayət qədər ağır bir mövzuda müzakirə açdığımın fərqindəyəm. Yazının qalan hissəsini jurnalist deyil, bir ata kimi davam etdirmək istəyirəm. Çoxlarımızın evində qız uşağı böyüyür. Mənim qızımın 6 yaşı var. Hər gün iş vaxtının başa çatmasına ən azı bir saat qalmış qızım qardaşının telefonu ilə məni arayıb, evə nə vaxt gələcəyimi soruşur. Evə gedənə kimi bu zəng ən azı üç dəfə təkrarlanır. Evə gedəndə birinci işim marketə girib, qızımın sevdiyi meyvə şirəsini və şkoladı almaq olur. Hətta nahar etməyə pulum olmayanda belə qızımın bu kiçik istəklərini yerinə yetirməyə çalışıram. Bir çoxlarımız məhz bu cür davranırıq...  

Kamera qarşısında göz yaşları axıdanda Rəqsanəyə yazığım gəldi. Hətta bir anlığa bu adama olan antipatiyamı unudub, onunla birlikdə kövrəldim. Rəqsanə heç vaxt atqsından nəsə tələb etməyib. Çünki indi Rostovda böyük biznesi olan bu adam ailəsini atıb gedəndə, Rəqsanənin cəmi 4 yaşı olub. O, həmyaşıdları kimi heç vaxt ata qayğısı ilə əhatə olunmayıb. Sinif yoldaşları atalarının əlindən tutub məktəbə gedəndə, Rəqsanənin gözləri indi onu ittiham edən atasını axtarıb. Atası bircə dəfə onun başına sığal çəkməyib, qışda qızının soyuqdan donan əllərini öz nəfəsi ilə isitməyib. Bu ata öz qızına indiyə kimi bir cüt corab da almayıb. Atasız böyüyüb Rəqsanə. Siz deyin: belə atanın kimisə ittiham etməyə haqqı varmı?!  
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58 İstixana sahiblərinin problemləri müzakirə olundu 14 Avqust 2020, 15:53 Avropa İttifaqı Belarusa qarşı sanksiyaları müzakirə edəcək 14 Avqust 2020, 15:50 Düşmənin məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir   14 Avqust 2020, 15:44 Avropaya qaçqın kimi gələn gəncdən nümunəvi addım 14 Avqust 2020, 15:38 İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir - Malik Həsənov 14 Avqust 2020, 15:32 Elmar Məmmədyarov danışdı: “Xaricə getməyə yerim yoxdur” 14 Avqust 2020, 15:26