Modern.az

“Qadınların hüquqlarını qorumaq üçün Aİ 60 ildən artıqdır yorulmadan çalışır" - Səfir

“Qadınların hüquqlarını qorumaq üçün Aİ 60 ildən artıqdır yorulmadan çalışır

Aktual

6 Mart 2020, 17:37

Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Aİ-nin Şərq Qonşuları layihəsi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Siz də bacararsınız”adlı tədbir təşkil edib.

 

Görüşdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Əhali Fondunun (BMTƏF) nümayəndələri, jurnalistlər, bloggerlər,Ailə Qadın və Uşaq məsələləri üzrə dövlət komitəsinin nümayəndəsi, Aİ tərəfindən maliyyələşdirilən layihələrin rəhbərləri, Aİ-nin dəstəyindən yararlanan qadınlar və Gənc Avropa Səfirləri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, görüşün əsas məqsədi Aİ-nin həyata keçirdiyi layihələrin Azərbaycan qadınlarının həyatında yaratdığı gözəçarpan nəticələri və imkanları müzakirə etmək olub.

 

Görüş zamanı məhz bu məsələlər ətrafında müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən Aİ Azərbaycan Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Daha sonra İttifaqın Azərbaycanda gördüyü işlər haqqında iştirakçılara məlumat verən səfir, qadınların cəmiyyətdə bütün dövrlərdə aparıcı rol oynadığını vurğulayıb.

 

“Qadınların hüquqlarını qorumaq və potensiallarını tam reallaşdırmaları üçün onların hüquq və imkanlarını artırmaq məqsədilə Avropa İttifaqı 60 ildən artıqdır yorulmadan çalışır. Gender bərabərliyi Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün ana xəttini təşkil edir", - deyən səfir çıxışının sonunda İttifaqın Azərbaycan qadınlarına dəstək məqsədilə hər zaman maraqlı layihə və təkliflərə açıq olduğunu vurğulayıb.

 

Tədbirdə "İcma əsaslı qruplar vasitəsilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması" və digər layihələrin nümayəndələri tərəfindən əldə olunan nailiyyətlər təqdim olunub.

 

Daha sonra İttifaqın layihələrində iştirak etmiş qadınlardan bəhs olunan filmlər nümayiş olunub.

Filmlərdə Masallı rayonunun kəndlərindən birində yaşayan Sübnaz Ağazadə, Quba rayonunda müəllim kimi fəaliyyət göstərən Elmara Süleymanovanın layihələrdə qazandıqları təcrübələrdən bəhs edən qısa filmlər nümayiş olunub.

 

"Gender əsaslı dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun təşviqi" layihəsinin iştirakçısı Arzu Məmmədova çıxışında Avropa İttifaqının maliyyə dəstəyi ilə qurduğu öz kiçik biznesi və bu layihədəki fərdi inkişafı haqqında iştirakçılara məlumat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir