Arxiv
12 mart 2020, 11:48 | MƏDƏNİYYƏT
“Nə vaxtdır hamıya deyirəm ki, bu qızı göndərin “Avroviziya”ya”

Azərbaycan 13-cü ildir ki, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə qatılır.

 

Ötənilki təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə final mərhələsinə vəsiqə qazanaraq, 8-ci yerdə qərarlaşdı. Bu, 2014-2019-cu illərdə müsabiqədə qazandığımız ən yaxşı nəticə idi. Həmin illərdə digər heç bir təmsilçimiz onluğa düşə bilməmişdi.

 

Bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Samirə Əfəndinin mahnı və klipi də artıq təqdim edilib. Belə ki, o, “Kleopatra” mahnısı ilə səhnəyə çıxacaq. Mahnının klipi “Avroviziya” tarixində ilk dəfə olaraq, Azərbaycanda, Qobustan Milli Tarix-Bəddi Qoruğunda çəkilib.

 

Bəs budəfəki təmsilçimizdən gözlənti nədir? Ümumiyyətlə, müsabiqəyə maraqda azalma müşahidə olunmurmu?

 

Mövzu ilə bağlı Modern.az-a danışan bəstəkar-müğənni Murad Arif builki seçimdən razılığını bildirərək, Samirə Əfəndinin yarışmada uğurlu olacağını deyib:

 

“Nə vaxtdır hamıya deyirəm ki, bu qızı göndərin “Avroviziya”ya. Samirə elə müğənnidir ki, vokalı, görünüşü, səhnə duruşu ilə üzümüzü ağ edəcək. İndi ümumi mənzərə haqqında bir şey deyə bilməyəcəm. Yəqin ki, maya yaxın, bütün ölkələr öz namizədlərini göstərəndən sonra bir proqnoz verə bilərəm. Çünki indi beşlikdə görərəm, sonra başqa ölkələr beş dənə qəşəng mahnı çıxarar, düşərik altıya”.

 

“Müsabiqədə qalibiyyətdən çox iştirak önəmlidir” deyən Xalq artisti, caz ustadı Cavan Zeynallı yarışmaya marağın azalmasını prosesə öyrəşməklə əlaqələndirir:

 

“Yeni qoşulanda hər şey dinamik, çox nəzarətdə olurdu. Amma ondan sonra prosesə alışdıq. Bunun formasını tam öyrəndik, bildik ki, necə olur. Əvvəl hər şey bir az ajiotajla olur axı. İndi Azərbaycanda bu yarışma ilə sakit tempdə məşğul olurlar.

 

Müsabiqəyə göndərilən müğənnilər zəif deyil, orada səsvermə var, dostlarımız var, düşmənlərimiz var. Layiq bilib, müsabiqəyə göndərdiyimiz müğənniyə səs verilib-verilməməsi vacib deyil, bizim orada iştirakımız vacibdir”.

 

Xalq artisti onu da vurğulayıb ki, təmsilçilərin seçilməsi kifayət qədər ciddi aparılır:

 

“Avroviziya” Azərbaycan üçün həm musiqi, həm siyasi tərəfdən həmişə maraqlıdır. Təmsilçilərimizin səs toplaya bilməməsi o demək deyil ki, onlar zəifdirlər. Ona görə ki, onlar burada elə münsiflərin qarşısından keçirlər ki, onların hamısı Xalq artisti, böyük musiqiçilərdir. Musiqilər də, hazırlıq səviyyəsi də zəif deyil. Sadəcə bu, bir yarışmadır və iştirak vacibdir. Hamı da görür ki, Azərbaycandan gələn müğənnilər güclüdürlər. Builki təmsilçimizə də uğurlar arzu edirəm”.

 

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Açıl!“ (“Open up!”) olan “Avroviziya-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR 4 Aprel 2020, 09:08 Çində koronavirus qurbanlarının xatirəsi yad edildi 4 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar - “AzDrama”nı incidilərək tərk edən Xalq artisti - Hamımızın tanıdığı Simnar xan 4 Aprel 2020, 08:59 İngiltərə Premyer Liqası bu tarixdən bərpa olunacaq 4 Aprel 2020, 08:54 Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu rayonlardandır - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24