Modern.az

Azərbaycan məktəblisi dünyanın ən nüfuzlu universitetinə qəbul alıb - FOTO

Azərbaycan məktəblisi dünyanın ən nüfuzlu universitetinə qəbul alıb - FOTO

15 Mart 2020, 00:12

Azərbaycan məktəblisi Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetinə (Massachussets Institute of Technology) qəbul olunub.

Modern.az xəbər verir ki, bu barədə Abutalıb Namazov özü "feysbuk" səhifəsində yayıb.

 

"Bu xəbəri uğur kimi paylaşmıram. Hər hansı nəticəmi də heç vaxt paylaşmamışam. Ailəm də bunu etmir. Biz bunlara uğur yox, faydalı olmağın pilləsi kimi baxırıq. Sizlərin, ölkəmizin, insanlığın qarşısında borc kimi görürük.
Bu günlərdə uğurumuz o olardı ki, dünya pandemiya sınağından ən az itki ilə və ən tez zamanda çıxa bilsin. Kiçik qardaşım bayaq yazıb ki, indi gözlər elmə və alimlərdədir. Həqiqətən də.
Xəbərim də bu elm yolu ilə bağlıdır: MİT-ə (Massachusetts İnstitute of Technology) qəbul aldım – Computer Science ixtisasına.
Qəbul məktubunda digər detallar verilməyib, yaxın günlərdə yazacaqlar. Digər universitetlərin cavablarını da gözləyirəm.
Müəllimlərimi, məktəbimi, mənim olimpiada fəaliyyətimi dəstəkləyənləri və hər birinizi bu xəbərlə sevindirə bilirəmsə, mənə çox xoşdur".

Qeyd edək ki, Abutalıb Namazov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11 ci sinif şagirdidir.  Abutalıb Namazov İnformatika fənni üzrə beynəlxalq Jautıkov olimpiadasının qızıl medal mükafatçısı, riyaziyyat fənni üzrə JBMO-nın gümüş medal mükafatçısıdır. O, ümumilikdə respublika olimpiadalarında 6, beynəlxalq olimpiadalarında 8 medal qazanıb.

O, tanınmış jurnalist, ictimai fəal Şahvələd Çobanoğlunun oğludur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?