Modern.az

Polşada yaşayan azərbaycanlılar koronovirusa görə hərəkətə keçir

Polşada yaşayan azərbaycanlılar koronovirusa görə hərəkətə keçir

Diaspor

15 Mart 2020, 10:18

Polşada yaşayan azərbaycanlılar koronavirusa görə siyahıya alınacaqlar.

 

Bu barədə Modern.az-a Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov məlumat verib.

 

O bildirib ki,  mövcud vəziyyət daima tərəfimizdən analiz edilir:

 

“Dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, dövlətimiz öz qayğısını belə bir vəziyyətdə bizə yaxından hiss etdirir. Daimi olaraq Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşları Bakıdan bizimlə əlaqə saxlayaraq, vəziyyətlə maraqlanır. Həmçinin Polşadakı Azərbaycan Səfirliyinin əməkdaşları da daimi olaraq bizlərlə maraqlanmaqdadır. Çox təəssüf ki, bəşəriyyətin bəlasına çevrilən COVID-19 yeni koronavirusa yoluxma faktları günbəgün artır, buna baxmayaraq bizlər işimizi ehtiyyatlı tutmaq üçün indidən fors-major hallara hazırlaşırıq. Polşada yaşayan həmvətənlərimizə demək istəyirəm ki, Polşa hökümətinin tövsiyyələri əsasında hərəkət etsinlər.



Polşa Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Vrotslav Azərbaycan Cəmiyyəti tərəfindən verilən təklif təqdirə layiqdir və düşünürəm ki, yarana biləcək fors-major vəziyyətə bizi hazırlıqlı edəcək. Hər bir halda ümid edək ki, belə bir hala ehtiyac olmayacaq."

Polşada yaşayan azərbaycanlıların yarana biləcək fors-major hallar üçün siyahıya alınması

Polşa Azərbaycanlıları Koordinasiya Şurası Wroclaw Azərbaycanlıları Cəmiyyəti

docs.google.com

Wroclaw Azərbaycan Cəmiyyətinin sədri Fərhad Həmidov da qeyd edib ki, Polşa Azərbaycanlıları Koordinasiya Şurasına həmvətənlərimizin təhlükəsizliyini qorumaq məqsədilə Polşada yaşayan azərbaycanlıların siyahıya alınmasını təklif ediblər:

 

“Bunu etməkdə əsas məqsədimiz mümkün fors-major halda əgər ehtiyac yaranarsa və dövlətimizə, Azərbaycan Respublikasının Polşadakı səfirliyinə buradakı diaspor təşkilatlarının öz köməyini göstərməsini təmin etməkdir.



Polşada yaşayan soydaşlarımızın məlumatları əlimizdə olduqdan sonra lazım gələrsə onlara operativ və qüsursuz yardım göstərməyimiz asanlaşacaq.



Polşada yaşayan azərbaycanlılar bu link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: //docs.google.com/forms/d/1rrVjkpxdYOf1Szp2r_1M9KtJwhKTzf8pwjJsy4gZOyY"

Polşada yaşayan azərbaycanlıların yarana biləcək fors-major hallar üçün siyahıya alınması

Polşa Azərbaycanlıları Koordinasiya Şurası Wroclaw Azərbaycanlıları Cəmiyyəti

docs.google.com

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü