Arxiv
23 mart 2020, 16:56 | ÖLKƏ
Operativ Qərargahdan vətəndaşlara müraciət: Artıq ölkə daxilində də koronavirusa yayılma halları aşkarlanıb”

Qlobal xarakter daşıyan koronovirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılıb, dövlətlərarası sərhədlər bağlanıb, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçiblər.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olub:

 

"Bir çox dövlətlərin hava və quru məkanını bağlaması uçuşlar üçün icazələrin alınmasını çətinləşdirib.

 

Dünyanın əksər ölkələri, o cümlədən Qərbi Avropa dövlətlərinin təcrübəsində dövlət tərəfindən ezamiyyətə göndərilməyən, xəbərdarlığa baxmayaraq şəxsi əsasda səfər edən və digər ölkədə yaşamağa və ya təhsil almağa qərar verən vətəndaşların ölkəyə geri qayıtması fərdi məsuliyyət hesab olunur və şəxsi vəsait hesabına həyata keçirilir.

 

Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub".

 

"COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.

 

Bütün bu tədbirlərə baxmayaraq, hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi vardır. Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb".

 

Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir.  

 

Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır.

 

Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün “xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır.

 

Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır. 

 

Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.

 

COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24 Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO 3 Aprel 2020, 17:17 “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov 3 Aprel 2020, 17:16 Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM 3 Aprel 2020, 17:13 Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” 3 Aprel 2020, 17:10 BMT-nin 111 əməkdaşı koronavirusa yoluxub 3 Aprel 2020, 17:04 “Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur” - DİN rəsmisi 3 Aprel 2020, 16:58 Partiya sədri: “Azərbaycanda ən sərt tədbirlərə əl atmağa ehtiyac var” 3 Aprel 2020, 16:52 Bakıya giriş-çıxışa nəzarət daha da GÜCLƏNDİRİLDİ 3 Aprel 2020, 16:45