Modern.az

Rayonlardan Bakıya gələn bu şəxslərə güzəşt ediləcək - RƏSMİ

Rayonlardan Bakıya gələn bu şəxslərə güzəşt ediləcək - RƏSMİ

24 Mart 2020, 13:12

“Rayonlar istiqamətində axşam saatlarından bu vaxtadək 4500 avtomobil geri qaytarılıb”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə Bakı, Sumqayıt və Abşerona giriş və çıxışın məhdudlaşdırılması ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən bildirib:

“24 mart 00:00 saatlarından etibarən Bakıya gələn 250-yə yaxın avtomobil bölgələrdən geri qayıdıb. Bakı və Sumqayıt arasında isə giriş-çıxışa isə heç bir məhdudiyyət qoyulmayıb”.

 K.Əliyev rayon qeydiyyatında olub Bakıda işləyənlərə güzəşt edilməsi ilə bağlı dnışarkən həmin şəxslərdən müvafiq sənədlərin tələb olunacağını qeyd edib:

“Qeydiyyatının Bakı yaxud da rayonda olmasından aslı olmayaraq Bakıda işləyən şəxslərə güzəşt ediləcək. Əgər  vətəndaşın iş yerinin olması ilə bağlı hər hansısa vəsiqəsi, yaxud da iş yerindən arayışı varsa, eyni zamanda iş yerində fəaliyyəti Operativ Qərargah tərəfindən dayandırılmayıbsa onlar Bakıya qayıda biləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...