Modern.az

Goranboyda koronavirusa qarşı dezinfeksiya tədbirləri - FOTO

Goranboyda koronavirusa qarşı dezinfeksiya tədbirləri - FOTO

25 Mart 2020, 17:56

Goranboy rayonunda koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir.

 

Bu barədə Modern.az-a Rayon İcra Hakimiyyətindən məlumat verilib:

 

"Goranboy şəhərində, o cümlədən  12 ədəd 2, 5 və  6 mərtəbəli yaşayış binalarında, ümumilikdə 15 km olmaqla Heydər Əliyev prospekti və digər 11 küçədə, 40-dan çox sahibkarlıq obyektində, şəhər mərkəzində yerləşən bütün idarə və təşkilatların inzibati binalarında, rayon ərazisində 32 uşaq bağçalarında  dezinfeksiya tədbirləri həyata keçirilib".

 

Goranboy Rayon İcra Hakimiyyəti sakinləri koronavirusla bağlı diqqətli olmağa da çağırıb:

 

“ Evdə qal, özünü, ailəni və ətrafındakıları qoru”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı