Modern.az

“Relax”-ın rəhbərliyindən sahibkarlara çağırış: “Koronavirusa qarşı mübarizəyə öz töhfənizi verin” 

“Relax”-ın rəhbərliyindən sahibkarlara çağırış: “Koronavirusa qarşı mübarizəyə öz töhfənizi verin” 

25 Mart 2020, 16:20

Dünya koronavirus xəstəliyindən əziyyət çəkir. Ölkələr bir-birlərinə qapılarını bağlayır, kütləvi tədbirlər təxirə salınır, iqtisadi əlaqələr məhdudlaşdırılır.

 

Azərbaycan cəmiyyəti də dünyanı ağuşuna alan yeni növ koronavirus pandemiyasına qarşı səfərbər olub. Artıq hansı sahədə çalışmasından asılı olmayaraq insanlar koronavirus pandemiyasına qarşı mübarizədə əllərindən gələni etməyə və öz töhfəsini verməyə çalışırlar.

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səyləri sahəsində bu istiqamətdə ciddi addımlar atılıb. Dövlət başçısı tərəfindən görülən bu işlərin nəticəsidir ki, ölkəmizdə koronavirus epidemiyası geniş yayılmayıb. Ölkə rəhbəri və Birinci  vitse-prezidentin pandemiyaya qarşı atdığı addımların bir məqsədi var. Pandemiya ölkəmizdə  geniş yayılmasın və az itki ilə bu problemdən çıxaq.

 

Prezident özünun hər çıxışında bu sahədə Azərbaycan cəmiyyətinin bütün təbəqlərinin həmrəy və bir olmasının zəruruliyini qeyd edərək, ancaq birgə mübarizə nəticəsində bu probledən xilas olmaq  mümkün olar.

 

Ölkə başçısının bu çağırışına Azərbaycan sahibkarları da dəstək verməklə, koronavirus pandemiyasına qarşı mübarizədə öz töhfələrini vermək istəyirlər. Bu məqsədlə bəzi sahibkarlar Prezidentin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb və bu proses davam etməkdədir.  Bəzi sahibkarlar bu sahəyə öz töhfələrini vermək üçün müxtəlif təşəbbüslərlə çıxış edirlər.

 

Azərbaycanın cənub bölgəsində ən iri turizm obyektlərindən biri olan “RELAX” istirahət mərkəzi ölkə başçısının pandemiyaya qarşı daha  səmərəli mübarizəni təşkil etmək məqsədi ilə çağırışına qoşularaq karantin mərkəzinə çevirilib.

 

 

“Relax” turizim istirahət  mərkəzinin rəhbəri, sahibkar Çingiz Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, məqsədimiz dövlət başçısının bu istiqamətdə gördüyü  genişmiqyaslı tədbirlər planına bir sahibkar olaraq  dəstək verməkdir:

 

“Biz də bir vətəndaş və sahibkar olaraq koronavirus pandemiyasına qarşı töhfəmizi verməkdir. Bildiyiniz kimi “Relax” turizim istirahət mərkəzi Lerik rayonun mərkəzindən 20-25 km  aralıda təbiət qoynunda yerləşir. Bu istirahət mərkəzinə Türkiyə və Rusiyadan gələn vətəndaşlarımız karantin altına alınaraq  onlara lazimi xidmətlər göstərilir.

 

Bu məqsədlə Nazirlər Kabineti yanındakı Operativ Mərkəzə və aidiyyatı orqanlara müraciət edərək “Relax”ın karantin mərkəzinə çevrilməsi təşəbbüsü ilə çıxış etdik. Çox sağ olsunlar bu təşəbbüsümüz müsbət qarşılandı və artıq istirahət mərkəzində karantin mərkəzinə çevrilməsi üçün bütün lazımi tədbirlər görülüb. Artıq Səhiyyə Nazirliyinin infeksion xəstəliklərlə mübarizə həkim dəstəsi bu mərkəzdədir. 60-dan artıq həkim karantində nəzarətə alıtna alınan insanlara  xidmət etmək üçün mərkəzə cəlb edilib. Həkimlər təkcə karantində olan insanlara xidmət göstərmirlər, onlar cənub bölgəsində virusun monitorinqini həyata keçirir və cəmiyyətdə maarifləndirmə işləri aparırlar. Bundan əlavə olaraq Daxili Qoşunların hərbçiləri yerləşdirilib.

 

Bu isə Lerik Rayon Mərkəzi Xəsətxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz  Ağayev başda olmaqla  həkim personalı səfərbər olaraq öz dəstəklərini verməkdədir”.

 

Ç.Məmmədov qeyd edib ki,  hazırda 100-dən artıq xarici ölkədən, xüsusən də Rusiya və türkiyədən gələn vətəndaşlarımız  “Relax” istirahət mərkəzindəki karantin mərkəzində nəzarət altındadır. “Relaxda haradasa 400-500 nəfəri  karantinə yerləşdirmək olar. Bu gün daha 150-dək insan karantinə yerləşdirilməsi nəzərdə tutulub”.

 

 

İş adamı bildirib ki, karantin nəzarətinə alınan elə ailələr var, onlar azyaşlı körpələri ilə bura yerləşdiriliblər:

 

“Biz  həmin ailələri təmənnasız olaraq lazım olan uşaq qidası, uşaq bezləri, zəruri geyimlərlə təmin edirik. Bilirsiniz ki, istirahət mərkəzlərində  xeyli sayda katejlər var. Karantinə yerləşdirilən ailələr həmin katejlərə yerləşdirilir. Bu katejlər təhlükəsizlik baxımından da münasibdir. Yəni onlar bir-birindən 20 metr məsafədə yerləşir. Biz xarici ölkədən  təxliyyə edən vətəndaşlarımızın  karantində daha yaxşı xidmət göstərilməsi üçün əlimizdən gələni etməklə ölkə başçısının çağrışılarına öz töhfəmizi, dəstəyimizi verməyə çalışırıq.

 

Ölkə başçısı və Birinci vitse-prezidentin koronavirusla bağlı mübarizədə ön cərgədə olmasına diqqəti çəkən iş adamı bildirib ki, cənab Prezident və Birinci vitse-prezident nəinki Azərbaycan  cəmiyyətinə, o cümlədən dünyaya bir  örnəkdirlər. Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti nəinki Azərbaycanda, o cümlədən beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizədə ön cərgədədirlər və pandemiyanın qarşısının alınması üçün əllərindən gələn nə lazımdırsa, onu edirlər. Biz sahibkarlar da onlardan örnək alaraq bu prosesdə yaxından iştirak etmək istəyirik. İmkanlarımız daxilində öz töhfəmizi vermək istəyirik”.

 

İş adamı onu  da qeyd edib ki, “Relax” karantin mərkəzinə çevrildiyi gündən Lerik camaatı da öz imkanları daxilində öz töhfələrini vermək üçün  təşəbbüs etməkdədirlər:

 

“Onlar kənd  təsərrüfat məhsulları ilə karantində olan insanlara yardım etmək istəyirlər. Biz onların bu addımını  həmrəylik, birlik baxımından alqışlayır və yüksək dəyərləndiririk. Onlara öz dərin təşəkkürümüzü bildiririk. Ancaq hələlik belə bir yardıma ehtiyac yoxdur”.

 

Ç.Məmmədov sonda respublikada fəaliyyət göstərən turizm şirkətlərini və obyektlərinə ölkə başçısının çağırışına qoşularaq, koronavirus pandemiyasına qarşı aparılan mübarizəyə öz töhfələrini verməyə çağırış edib:

 

“Respublikanın müxtəlif bölgələrində olan iri turuzm obyektləri karantinə mərkəzi yaratmaqla koronavirus pandemiyasına qarşı mübarizəyə öz töhfələrini versələr  yaxşı olar. Fikrimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin AzTV-yə verdiyi müsahibədəki bir fikri ilə yekunlaşdırmaq istəyirəm. “Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq”. Bax, biz addımımızla Azərbaycan Prezidentinin dediyi kimi, dünyaya  böyük xalq olduğumuzu sübut etmək istəyirik. Biz birik, həmrəyik və ölkə başçısının ətrafında sıx birləşmişik”.

 

Mail AĞAXANOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir