Arxiv
25 mart 2020, 21:26 | AKTUAL
Azərbaycan hər cür kritik vəziyyətdən çıxmağa hazır olduğunu isbat edir

Bütün dünyanı təhdid edən koronovirus pandemiyası bizə necə təsir edəcək? Azərbaycan bu vəziyyətdən necə çıxacaq, əhalinin sağlamlığını, təhlükəsizliyini qorumaq mümkün olacaqmı? Ərzaq çatışmazlığı, ciddi sosial problemlərlə baş-başa qala bilərikmi və s.

Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu pandemiya elan etdikdən sonra bu qəbildən olan suallar əksər ölkə vətəndaşlarını düşündürməyə başladı. Əhalinin bir qismi ilk anlarda digər ölkələrdə olduğu kimi həyəcanla ərzaq mağazalarına axın etməkdə, müxtəlif şaiyələrə inanmaqda bəlkə də haqlı idi. Çünki pandemiyanın dünya üzrə gündəlik acı statistikası, Azərbaycanın coğrafi mövqeyi, paralel olaraq dünya bazarlarında neftin qiymətinin ən aşağı səviyyəyə enməsi, xarici ticarət əlaqələrində müşahidə olunan durğunluq narahatlıq doğurmaya bilməzdi. Üstəlik, Azərbaycanın 90-cı illərin əvvəllərində siyasi böhran nəticəsində (fərqli situasiyalar olsa belə) düşdüyü vəziyyət, qıtlıq, sosial fəlakət yaddaşlardan silinməyib...

Fəqət proseslərin sonrakı və hazırki gedişi tamamilə fərqli mənzərə yaratmaqdadır. Azərbaycan vətəndaşı çətinliklər vəd edən deyil, onu gözləyən çətinlikləri ustalıqla dəf edən güclü dövlətlə, bu dövlətin başında duran güclü Prezidentlə üz-üzədir.

Düzdür, İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan müəyyən sınaqlar içərisinə girib və prosesdən güclənərək çıxa bilib. Amma ilk dəfədir ki, onun zamanında Azərbaycan özündən asılı olmayan səbəblərdən bu cür ağır sınaqla baş-başa qalıb. Pandemiyanın və paralel baş verən proseslər bütün dünyanı necə təhdid etdiyi göz önündədir və onu üçüncü dünya müharibəsinə bənzədənlər heç də yanılmırlar.

Belə bir durumda İlham Əliyev ölkəsini qoruyacağını təkcə əməlləri ilə nümayiş etdirmir. Prezident özünün son müsahibəsində vəd edir ki, heç bir sosial öhdəlik təxirə düşməyəcək:

- yaranmış vəziyyətə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək, sosial infrastruktur layihələri icra ediləcək;
- sosial sahədə bəyan edilən bütün layihələrin və proqramların icrası təxirə düşməyəcək;
- bu il məcburi köçkünlər, şəhid ailələri üçün nəzərdə tutulan addımlar həyata vəsiqə qazanacaq, onlara rekord sayda mənzillər inşa ediləcək;
- xəstəliklə bağlı ən çox mənfi təsirə məruz qalan sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi göstəriləcək, vergi güzəştləri ediləcək, digər imtiyazlar veriləcək;
- məşğulluq məsələləri ön planda olacaq, makroiqtisadi sabitlik təmin ediləcək.

 

İlham Əliyev öz ölkəsində xalq-iqtidar birliyinə tam nail ola bilib. Məhz bu faktor onun iqtidarını daha da gücləndirir, verdiyi vədləri icra etməyə və mövcud problemdən daha az itkilərlə çıxmağa şanslı edir. “Biz birlikdə güclüyük” şüarını irəli sürən İlham Əliyev iqtidarı öz gücünü məhz bu birlikdən alır.


Prezidentin bir təşəbbüsü ilə bütün cəmiyyət koronovirusla mübarizə məqsədilə yaranan fonda könüllü ianələr edirsə, Azərbaycanın daha ağır sınaqlara qalib gələcəyini əminliklə vurğulamaq mümkündür. Hansı ki, dövlət kimsəni bu kampaniyaya qoşulmağa məcbur etmir. Dövlət başçısının kiçik bir jesti, öz illik əməkhaqqını fonda köçürməsi bütün cəmiyyətin səfərbərliyi üçün yetərli oldu. Bu, Azərbaycanda iqtidarla xalqın həmrəyliyinin, milli birliyinin, sarsılmaz gücünün göstəricisidir. Xalq öz könüllü davranışı ilə nümayiş etdirir ki, iqtidarın yanındadır və sabah vəziyyət daha da pisləşərsə, onun çağırışına birmənalı səs verəcək. Əgər bu birlik olmasaydı, Azərbaycan indi daha ağır fəsadlarla baş-başa idi. Məhz bu birlik imkan verir və verəcək ki, üzləşdiyimiz çətin sınaqdan ciddi itkilər vermədən çıxaq.


Yaranmış vəziyyətdə Azərbaycan vətəndaşı öz iqtidarına güvənir və inanır, onun atdığı addımlara tam dəstək verir. Çünki İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin real addımlarının şahididir:
- Azərbaycan pandemiya iləmübarizədə digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlamadı, vacib zaman itirilmədi;
- Prezidentin göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıdı, informasiya açıqlığı təmin olundu, eyni zamanda lazımi tədbirlərin görülməsi üçün əlavə vəsait ayrıldı;
- qəbul edilmiş təxirəsalınmaz qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaratdı;
- pandemiyanln, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi, zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin müəyyən edilməsi, yaranmış vəziyyətin yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün müvafiq İşçi Qruplar fəaliyyətə başladı;
- ən xırda detallar nəzərə alınmaqla prosesə tam nəzarət həyata keçirildi;
- xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olundu və s.

Bu davamlı tədbirlərin sayəsində Azərbaycan pandemiya ilə mübarizədə tətbiq etdiyi bütün mümkün qabaqlayıcı və operativ tədbirlərlə hətta bir çox ölkələrdən önə keçmiş oldu. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Azərbaycanı hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu təsadüfən vurğumırlar. Hazırda Azərbaycanın irəli sürdüyü bəzi təşəbbüslər (Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondu) başqa ölkələr tərəfindən də tətbiq olunmaqdadır.

Digər nəticələrə baxsaq, Azərbaycanda təkcə koronavirusun daha geniş yayılmasının qarşısı alınmayıb. Pandemiyanın doğurduğu müəyyən şətinliklərə rəğmən əhalinin gündəlik yaşayışında (ərzaqla təminatı, zəruri tələbat mallarının qiymət artımının qarşısının alınması və s.) hiss etməməsi üçün də addımlar atılıb. Karantin rejiminin tətbiqi nəticəsində zərər görə biləcək təbəqələrin problemləri nəzarətə götürülüb və müvafiq işlər aparılmaqdadır. Yaşlı tənha insanların mövcud şəraitdən irəli gələn yeni sosial müdafiə elementləri ilə əhatə olunması həyata keçirilir.

Beləliklə, vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanın bu sınaqdan da şərəflə, daha az itkilərlə çıxacağını söyləyə bilərik. Vətəndaşların məsuliyyəti, nizam-intizamı pandemiya ilə mübarizəni daha məqsədyönlü və uğurlu edə bilər və hər birimiz xüsusi karantin rejiminə əməl etməklə aparılan işə əlavə töhfə vermiş olacağıq. Bir daha Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə hər cür kritik vəziyyətdən çıxmağa hazır olduğunu sübuta yetirəcəyik...



Elman Babayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17 Əli Əsədov Erkan Özoralla görüşdü 14 Aprel 2021, 19:10 Ukraynanalı nazir Gəncəyə səfər edib - FOTOLAR 14 Aprel 2021, 19:03 Fransanın Qənimətlər parkı ilə bağlı açıqlamasına - XİN-dən CAVAB 14 Aprel 2021, 18:56 Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - FOTO 14 Aprel 2021, 18:49 Regionun inkişafı strateji prioritetdir 14 Aprel 2021, 18:42 Hesablama Palatası Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına öz töhfəsini verə bilər 14 Aprel 2021, 18:35