Arxiv
26 mart 2020, 00:44 | AKTUAL
Koronavirusun ilk yayıldığı şəhərdə ictimai nəqliyyatın hərəkəti bərpa olundu

Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində 9 həftəlik fasilədən sonra ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, koronavirusun sürətlə yayılmağa başladığı dövrdə - yanvarın 24-də Uxan şəhərində ən yuxarı səviyyədə fövqəladə hazırlıq vəziyyətinin elan olunması ilə əlaqədar şəhərdə bütün növ ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı. Son günlər Çində virusa yoluxma hallarının xeyli azalması, əvvəllər yoluxmuş xəstələrin böyük hissəsinin sağalması ölkədə epidemik vəziyyəti yaxşılaşdırıb. Bunu nəzərə alan şəhər hökuməti martın 25-dən şəhərdə ictimai nəqliyyatın hərəkətinin bərpasına qərar verib. Şəhərdəki 117 avtobus marşrutu üzrə avtobusların 30 faizi xəttə buraxılıb. Hər bir avtobusa təhkim olunmuş sağlamlıq nəzarətçisi şəhər sakinlərinin COVID-19 xəstəsi olub-olmamasına dair məlumatların toplandığı xüsusi mobil tətbiqdə sərnişinlərin QR kodunu yoxladıqdan sonra onları avtobusa minməyə icazə verir. Mobil tətbiqdə haqqında məlumat olmayan şəxslər evlər idarəsindən sağlamlıq vəziyyətinə dair arayış təqdim etməlidirlər. Sürücülər və sağlamlıq nəzarətçilərinin özlərinin hər gün tibbi müayinəsi aparılacaq, nəqliyyat vasitələri dezinfeksiya ediləcək. Sərnişinlərin, habelə sürücü və nəzarətçilərin maska taxması məcburidir.

Martın 28-dən etibarən Uxanda metro qatarlarının hərəkəti bərpa olunacaq. Həmin gün 6 metro xətti üzrə qatarlar sərnişin daşınmasına başlayacaq. Metro sərnişinlərinin sağlamlıq vəziyyəti avtobuslarda olduğu kimi yoxlanılacaq.

Qeyd edək ki, martın 25-dən başlayaraq Uxan şəhəri istisna olmaqla Xubey vilayətindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Uxan şəhərindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinin isə aprelin 8-də açılması nəzərdə tutulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24 Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO 3 Aprel 2020, 17:17 “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov 3 Aprel 2020, 17:16 Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM 3 Aprel 2020, 17:13 Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” 3 Aprel 2020, 17:10 BMT-nin 111 əməkdaşı koronavirusa yoluxub 3 Aprel 2020, 17:04 “Vətəndaşlar maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur” - DİN rəsmisi 3 Aprel 2020, 16:58 Partiya sədri: “Azərbaycanda ən sərt tədbirlərə əl atmağa ehtiyac var” 3 Aprel 2020, 16:52 Bakıya giriş-çıxışa nəzarət daha da GÜCLƏNDİRİLDİ 3 Aprel 2020, 16:45 Azərbaycan çempionatında qalib elan olunub 3 Aprel 2020, 16:39