Modern.az

Ermənistanda məktəblilər də koronavirusa yoluxub

Ermənistanda məktəblilər də koronavirusa yoluxub

Aktual

26 Mart 2020, 16:32

Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib ki, artıq ölkədə məktəblilər də koronavirusa yoluxub.

“Artıq məktəblilərdə də koronavirus aşkarlanıb. Mən onların dəqiq sayını bilməsəm də, məktəblilər özlərini yaxşı hiss edirlər, həyati təhlükələri yoxdur”, - deyə Səhiyyə naziri vurğulayıb.

 

O qeyd edib ki, bir həkim və təcili tibbi yardımın bir nəfər sürücüsü də koronavirusa yoluxub.

Bundan başqa, Ermənistanın Müdafiə naziri David Tonoyan bildirib ki, üç hərbçidə koronavirus aşkarlanıb (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir