Arxiv
26 mart 2020, 18:18 | AKTUAL
Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi

“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.

 

Moderrn.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

 

F.Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır: "Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki italiyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada yoxdur. Çində hər şeyi ordu həll edirdi, İtaliyada isə belə deyildi. Restoranlar, kinoteatrlar, barlar açıq idi. Camaat axşamlar küçəyə tökülüşürdü. Ona görə orda indi faciə yaşanır. İtalyalı dostlarım mənə tapşırırlar ki, siz bizim problemləri təkrar etməyin, insanları başa salın ki, bu çox böyük təhlükədir, ehtiyatlı olun, qoyulan qaydalara əməl edin”.

 

F.Bədəlbəyli ABŞ-dan qayıdan qızı və kürəkəninin hazırda karantində olduğunu vurğulayıb: “Mən onların karantinə alınmamaları üçün heç bir şey etmədim. Qoy nə qədər lazımdır karantində otursunlar. Burda tanış, hörmət filan keçmir. Nə lazımdır, o da olmalıdır, başqa cür ola bilməz”.

 

Xalq artisti koronavirus pandemiyası ilə mübarizənin müharibəyə bənzədiyini diqqətə çatdırıb: “Bu, müharibədir. Ermənistan kimi virusun biri az idi, indi də koronavirus çıxıb. Bəlkə bu, ondan da təhlükəlidir. Ona görə mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var. Yenə də deyirəm, bu çox ciddi məsələdir. Mənə italiyalı dostlarım da deyirlər, siz orda hamıya başa salın ki, vəziyyət çox ciddidir”.

 

Rektor koronavirusla mübarizə çərçivəsində Bakı Musiqi Akademiyasının hazırladığı layihə barədə də məlumat verib: “Bizim Akademiyanın tələbələri, müəllimləri, məzunları, aspirantları – hər kəs evdən bir musiqi parçası ifa edir və bu musiqi parçası Bakı Musiqi Akademiyasının saytında yerləşdirilir. Biz də heç olmasa bu karantin günlərində insanlarımıza musiqi hədiyyə edərək kömək etməyə çalışırıq. Əlimizdən başqa nə gəlir? Camaatın könlünü almaq lazımdır. Qoy, hər kəs öz sahəsində əlindən nə gəlirsə, eləsin. Yalnız möhkəm olaq. Bizdən evdə oturmaq tələb olunur, bəs bizim əsgərlərimiz neyləsinlər? Ön cəbhədə düşmənlə üzbəüz dayanırlar. Biz heç olmasa rahat evdə otururuq, hər şeyimiz var. Bir az fikirləşmək lazımdır ki, biz müharibə aparırıq. Bu ikinci cəbhədir, bunu unutmamalıyıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı 31 Oktyabr 2020, 20:16 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27 Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ - VİDEO 31 Oktyabr 2020, 19:18 İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir 31 Oktyabr 2020, 18:46 Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var 31 Oktyabr 2020, 18:24 Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı... 31 Oktyabr 2020, 17:54 Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir – XİN 31 Oktyabr 2020, 17:49 Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib 31 Oktyabr 2020, 17:39 Azərbaycanlı müşahidəçilər Gürcüstanda: “Qanun pozuntusu yoxdur” 31 Oktyabr 2020, 17:36 “Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq” 31 Oktyabr 2020, 17:24 Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 17:12 Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir - Leyla Abdullayeva 31 Oktyabr 2020, 17:09 Hərbi təxribatlara və virusa baxmayaq Azərbaycan iqtisadiyyatı inkişaf edir 31 Oktyabr 2020, 17:04 Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin STATİSTİKASI 31 Oktyabr 2020, 16:59 Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI 31 Oktyabr 2020, 16:51 XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI 31 Oktyabr 2020, 16:44 Məşhur aktyor 90 yaşında vəfat etdi 31 Oktyabr 2020, 16:41 Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib - VİDEO     31 Oktyabr 2020, 16:29 “Azərbaycanın rayonlarına 6 saat ərzində 200-dən artıq mərmi atıb” – Prezidentin köməkçisi 31 Oktyabr 2020, 16:18 Ali Məhkəmədən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ 31 Oktyabr 2020, 16:10 Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur 31 Oktyabr 2020, 16:01 Azərbaycanda daha 1095 nəfər virusa yoluxdu, 12 nəfər vəfat etdi 31 Oktyabr 2020, 15:40 Ermənistanın təxribatları barədə faktlar dünyanın diqqətinə çatdırıldı 31 Oktyabr 2020, 15:23 İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb 31 Oktyabr 2020, 15:15 Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib 31 Oktyabr 2020, 15:00