Modern.az

11 həkim koronavirusa yoluxdu

11 həkim koronavirusa yoluxdu

27 Mart 2020, 00:05

Özbəkistanda 11 həkim koronavirusa yoluxub.

Modern.az  xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirusla mübarizə tədbirlərinə dair keçirdiyi müşavirədə vurğulayıb.

 

Məlumata görə, həmin həkimlər koronavirus xəstələrinin müalicə olunduğu Elmi-Tədqiqat Virusologiya İnstitutunda çalışıblar.

 

Dövlətin başçısı deyib ki, həmin həkimlər 100 milyon sum (10,5 min dollar) məbləğində birdəfəlik kompensasiya alacaqlar.

Qeyd edək ki, Özbəkistanda koronavirusa yoluxanların sayı 65 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər