Modern.az

ABŞ ŞOKda: Koronavirusa yoluxanların sayına görə Çini ötdü - YENİLƏNİB

ABŞ ŞOKda: Koronavirusa yoluxanların sayına görə Çini ötdü - YENİLƏNİB

27 Mart 2020, 09:17

ABŞ koronavirusa (COVID-19) yoluxanların sayına görə dünya liderliyini "ələ keçirib".

 

Modern.az xəbər worldometers.info-nun statistik məlumatlarına əsasən xəbər verir ki, ötən gün ABŞ-da rekord sayda virusa yoluxma qeydə alınıb və bununla da koronavirusa yoluxanların ümumi sayına görə Amerika İtaliya və Çini geridə qoyub.

 

Belə ki, sutka ərzində ABŞ-da 17224 nəfər koronavirusa yoluxub və nəticədə ölkədə virusa yoluxanların sayı 85435-ə çatıb. 

 

Xatırladaq ki, Çində sözügedən virusa yoluxanların sayı 81 285 nəfərdir.

 

İtaliyada isə 80589 yoluxma faktı qeydə alınıb.

 

Ötən gün dünyada 60,842 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, planetdə virusa yoluxanların ümumi sayı 531,810 nəfər olub. Virusa yoluxan 123405 nəfər isə sağalıb. Hazırda bu xəstəlikdən 384,337 şəxs müalicə alır.

 

Ötən sutka ərzində 2792 nəfər bu virusdan vəfat edib və bununla da koronavirusdan ölənlərin sayı dünya üzrə 24,068 nəfərə çatıb.

 


Son sutkada ən çox yoluxma qeydə alınan ölkələr ABŞ (17,224), İspaniya (8271), İtaliya (6203), Almaniya (6615), Fransa (3922), İran (2389), Böyük Britaniya (2129), Belçika (1298),  Avstriya (1259), Türkiyə (1196) və Niderland (1019) olub.

 

 

Ötən gün ən çox ölüm isə İtaliya (712), İspaniya (718), Fransa (365), ABŞ (268), İran (157) və Böyük Britaniyada (115) baş verib.

 

Bu günədək dünya ölkələri üzrə koronavirusdan ən çox itki verən ölkə İtaliya (8215), İspaniya (4365), Çin (3,287), İran (2234), Fransa (1696) və ABŞ-dır (1,295).

 

***

Son məlumatlara əsasən ABŞ-da koronavirusa yoluxanların sayı bir qədər də artaraq 85,594-ə çatıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir