Arxiv
27 mart 2020, 18:39 | HADİSƏ
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında operativ qərargahdan Modern.az-a verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

 

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

 

Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30 Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi 6 İyun 2020, 19:22