Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfərə çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfərə çatdı

27 Mart 2020, 22:13

Türkiyədə son 24 saat ərzində 47 min 723 nəfər koronavirus testindən keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Məlumatda bildirilir ki, onlardan 2069-da xəstəlik aşkarlanıb. Hazırda Türkiyədə ümumi xəstə sayı 5 min 698 nəfərə yüksəlib. Bu xəstələrdən daha 17-si həyatını itirib. Bununla da koronovirusdan ölənlərin sayı 92-yə çatıb.


Nazir müalicə alanlardan 344-ün reanimasiya şöbəsində olduğunu deyib. Bu müddət ərzində 42 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edilib ki, ölkədə xəstəliyin yayılmasına qarşı daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Bunun da əsasını insanların vaxtlarını bir müddət özünütəcrid şəraitində keçirməsi təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...