Modern.az

Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI

Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI

Aktual

28 Mart 2020, 10:27

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. 

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub. 

 

“Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik. Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir