Modern.az

Qızıl Aypara Cəmiyyəti koronavirus pandemiyası ilə mübarizə məqsədilə “Qaynar Xətt” yaratdı

Qızıl Aypara Cəmiyyəti koronavirus pandemiyası ilə mübarizə məqsədilə “Qaynar Xətt” yaratdı

Aktual

28 Mart 2020, 13:05

Coronavirus pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmasını nəzərə alaraq, bununla mübarizə məqsədilə dövlətlər tərəfindən zəruri addımlar atılır. Azərbaycan hökuməti də öz vətəndaşlarnı bu virusdan qorumaq məqsədilə təxirəsalınmaz və çevik tədbirlər həyata keçirir. Əlaqədar hökümət strukturları öz fəaliyyət sahələrinə uyğun olaraq respublika ərazisində Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında yaradılmış Opreativ Qərargahın tövsiyə və təlimatlarına uyğun olaraq, əhali arasında lazımi maarifləndirici işləri aparır və həmçinin bütün profilaktik tədbirləri həyata keçirir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Coronavirus pandemiyası ilə mübarizə məqsədilə  öz missiyasına uyğun olaraq “Qaynar Xətt” yaratmışdır. Bütün addımlar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə koordinasiya edilir, müvafiq qayda və təlimatlara uyğun olaraq tənzimlənir. 

 

“Qaynar Xətt”in məqsədi: mövcud vəziyyəti nəzərə alıb, əhalinin ən həssas qrupuna aid olan vətəndaşlara daxili imkanlar hesabına köməklik etməkdir.

Bütün bu tədbirlər, Hökumətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədini daşıyır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu