Modern.az

Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı AÇIQLANDI

Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı AÇIQLANDI

29 Mart 2020, 11:40

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi tarix məlum olub.

 

Modern.az “Nyu York Times”ə istinadən xəbər verir ki, turnir gələn il iyulun 23-də start götürəcək. Beynəlxalq Olimpiya Komitəsinin yeni tarixlə bağlı tezliklə iclas keçirəcəyi və rəsmən açıqlayacağı bildirilir.

 

Yarışın bağlanış mərasiminin isə gələn il avqustun 8-də keçirilməsi planlaşdırılır.

 

Yay Olimpiya Oyunları bu il iyulun 24-də başlamalı idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır