Çində meydana gələn və qısa zamanda dünyaya yayılan koronavirus can almaqda davam edir. 

 

Modern.az Unikal.org-a istinadən məlumat verir ki, Əfqanistanda koronavirus xəstəliyindən dünyasını dəyişən şəxsi İran sərhədinə yaxın Herat şəhərində yaşayış yeri olmayan bir dağın başında basdırılıb.Həmin anlar kameralar tərəfindən qeydə alınıb.

 

Qeyd edək ki, yeni növ koronavirusun (Kovid-19) Əfqanıstanda yayılmasından sonra ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

 

Belə ki, indiyə kimi koronavirus xəstəliyindən Əfqanistanda 110 nəfər həyatını itirib.