Modern.az

Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM

Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM

29 Mart 2020, 15:05

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) hökumət tərəfindən Koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək nümayiş etdirir.

 

Modern.az xəbər verir ki, AzQAC karantin dövründə maarifləndirici işləri davamlı olaraq həyata keçirir, insanlara koronivurusdan necə qorunmalı, hansı hərəkətləri etməli, necə davranmalarına dair bukletlər paylanılır, həmçinin yaşı 65-dən yuxarı olan tənha və kimsəsizlərə evlərində ərzaq yardımı edirlir. Belə tədbirlər Bakı şəhəri ilə yanaşı respublikanın digər şəhər və rayonlarında da keçirilir.

Mart ayının 28-də Bakı şəhərinin Nəsimi, Nərimanov, Binəqədi, Nizami, Pirallahı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində, İsmayıllı, Xaçmaz, Göyçay, Goranboy, Naftalan, Zərdab, İmişli, Masallı, Lənkəran, Lerik, Zaqatala, Migəçevir, Yevlax və Şabran rayonlarında tənha və kimsəsiz ahıllara evlərində ərzaq yardımları edilib.   

 

Bu gün martın 29-da Abşeron, Yasamal, həmçinin Beyləqan, Şamaxı, Kürdəmir, Ağcabədi, Ucar, Daşkəsən, Qazax, Tovuz, Bərdə, Tərtər, Balakən, Astara, Salyan, Neftçala rayonlarında da bu kimi tədbirlər davam etdiriləcəkdir.

Bildiririk ki, bu məqsəd üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “QAYNAR  XƏTT”i  fəaliyyət göstərir- (012) 493-84-81; (070) 390-39-19.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti əhalidən karantin dövründə dözümlülük, səbr nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və təlimatları yerinə yetirməyə çağırır. Evdə qal.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu