Modern.az

Bibiheybət yolu bağlandı

Bibiheybət yolu bağlandı

Aktual

29 Mart 2020, 17:08

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

 

Bu barədə Modern.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

 

"Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik", - deyə rəsmi məlumatda bildirilib.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi