Modern.az

Şirkətlər işçiləri ixtisar etməsin - Deputatdan ÇAĞIRIŞ

Şirkətlər işçiləri ixtisar etməsin - Deputatdan ÇAĞIRIŞ

30 Mart 2020, 12:16

“Böyük şirkətlər, restoranlara üzümü tutub demək istəyirəm ki, işçiləri ixtisara salmayın, maaşlarını verin”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə deyib.

 

Q. Paşayeva bildirib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir:

 

“Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü