Arxiv
30 mart 2020, 23:04 | AKTUAL
Ərdoğan koronavirusla mübarizə kampaniyasına başladı: 7 aylıq maaşını bağışladı

““Biz bizə yetərik, Türkiyəm”, bu milli həmrəylik kampaniyamızın adıdır. Mən 7 aylıq maaşımı bağışlayaraq bu kampaniyaya start verirəm. Millət vəkilləri və nazirlərimiz də bu gün 5 milyon 200 min lirə bağışladı”.

Modern.az  APA-ya  istinadən  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Tarabya meydanındakı Huber köşkündə nazirlərlə keçirilən videokonfransdan sonra verdiyi açıqlamada bu fikirləri bildirib.

R.T.Ərdoğan  “COVİD-19”-la mübarizə tədbirləri ilə əlaqədar Türkiyədəki bütün xeyriyyəçi və imkanlı şəxslərə səslənib: “Bu kampaniyaya 11 milyon dollar xeyiryyəçilərimizdən dəstək gəlib. Mən buradan bütün iş adamları və xeyiryyəçilərimizə səslənirəm: İnşallah yaşadığımız sıxıntılı günləri geridə buraxacağıq, bu kampaniyada fəallığınızı əsirgəməyin. Zəkatlarını vermək üçün Ramazan ayını gözləyənlər indidən zəkatlarını bağışlaya bilərlər”.

R.T.Ərdoğan bildirib ki, koronavirusla əlaqədar Türkiyədə olan bütün məlumatlar şəffaf şəkildə yayılır. Prezident deyib ki, yaşanan ağır günlərin qəhrəmanları olan səhiyyə işçilərinə əlavə dəstək tədbirləri nəzərdə tutulub: “6 milyard lirəlik əlavə dəstək ayırırq. Səhiyyə işçilərimizin hər birinə 100 giqabayt pulsuz internet də veriləcək”.

Prezident həmçinin bildirib ki, ölkədə çarpayılıq xəstəxanaların sayı yetərli qədərdir və əlavə xəstəxanalar da istifadəyə verilməkdədir: “Hazırda ölkədə 42 məntəqədə virusa yoluxan xəstələr karantin altındadır”.

R.T.Ərdoğan deyib ki, Türkiyə hər şərt altında istehsalını davam etdirməkdədir: “İstehsalatda çalışanlarımızın təhlükəsizliyinin təminatı nəzarətimizdədir”.

Prezident  Türkiyədə tənəffüs sistemi cihazlarının istehsalının sürətlə davam etdiyini də vurğulayıb

Yeni növ koronavirusla mübarizə tədbirləri ilə bağlı xarici ölkələrə də dəstək verildiyini deyən ölkə başçısı son olaraq İtaliyaya bir gəmi məhsul göndərildiyini, bu dəstəyin davam edəcəyini, aprelin 2-də isə İspaniyaya bir təyyarə ləvazimat göndəriləcəyini qeyd edib: “Çətinlik yaşayan digər ölkələrə də dəstək veririk və bu tədbirlər davam edəcək”.

Aprel, may, iyun aylarında dövlət yataqxanalarında yaşayan tələbələrdən aylıq ödənişlərin alınmayacağını deyən Türkiyə Prezidenti tələbələrin kredit və burs ödəmələrində də hər hansı bir kəsinti olmayacağını və tələbələrin kredit geriödəməsinin müddətinin uzadılacağını bildirib.  

Qeyd edək ki, R.T.Ərdoğanın başçılığı ilə keçirilən toplantı bu gün yerli vaxtla 15.45-də başlayıb. 4,5 saatdan çox çəkən iclasda Prezidentin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və mətbuat katibi İbrahim Qalın da iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31 Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”... 1 İyun 2020, 18:23 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 1 İyun 2020, 18:15 Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ 1 İyun 2020, 18:09 Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA 1 İyun 2020, 17:59 İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib 1 İyun 2020, 17:55 Bakı şəhər prokurorluğunun əməkdaşı koronavirusdan ölüb? - Rəsmi CAVAB 1 İyun 2020, 17:52 Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı 1 İyun 2020, 17:47  Azərbaycanlı alim Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi 1 İyun 2020, 17:41 Sağlamlığı haqqında yalan deyən abituriyentlərin nəticələri ləğv olunacaq 1 İyun 2020, 17:38 Azərbaycandakı koronavirus xəstələri danışdı - VİDEO 1 İyun 2020, 17:32 Təhsil Nazirliyinin qarşısında aksiya keçirən 7 nəfər SAXLANILDI 1 İyun 2020, 17:30 “Əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır” - Qənirə Paşayeva 1 İyun 2020, 17:28 Nazirlər Kabinetində dörd yeni TƏYİNAT 1 İyun 2020, 17:25 Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlandı 1 İyun 2020, 17:21 Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu” 1 İyun 2020, 17:17 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 1 İyun 2020, 17:13 ABŞ-da “erməni soyqırımı” abidəsini murdarladılar 1 İyun 2020, 17:11 Deputat polislərə əlavə vəsaitin ödənilməsini təklif etdi - VİDEO 1 İyun 2020, 17:09 İstanbul merindən erməni kilsəsindəki olaya REAKSİYA 1 İyun 2020, 17:03 Parlamentin yeni şöbəsinin fəaliyyət istiqaməti müəyyənləşdi 1 İyun 2020, 16:58 Bərbərxana və gözəllik salonları üçün onlayn növbə yaradılacaq 1 İyun 2020, 16:52 ABŞ-dakı iğtişaşlarda Rusiya şübhəli bilinir - Tramp məcburən açıqlama verdi 1 İyun 2020, 16:49