Arxiv
31 mart 2020, 14:50 | İQTİSADİYYAT
İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI

İcbari tibbi sığortanın tətbiqi və icbari tibbi sığorta haqqının toplanılması 2021-ci ildə həyata keçiriləcək.

 

Bu barədə Modern.az-a İcbari Tibbi Sığirta üzrə Dövlət Agentliyinin mətbuta katibi Aynurə Əhmədova bildirib.

 

A.Əhmədova qeyd edib ki, Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 4 maddəsinə dəyişikliklər qəbul edilib:

“ Birinci dəyişikliyə əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə 2021-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. İkinci dəyişikliyə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu o deməkdir ki, 2022-ci il yanvarın 1-dək qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən isə 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Üçüncü dəyişikliyə əsasən, dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının toplanılmasına, eləcə də müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 yanvar 2021-ci ildən başlanılacaq. Dördüncü dəyişikliyə görə, 2024-cü ildən etibarən Qanunun 15-10.1.5-ci maddəsinə əsasən müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48%-i miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub”.

 

“Qanuna dəyişikliklərin edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir”,-deyə A.Əhmədova bildirib.

 

Qeyd edək ki, hazırda icbari tibbi sığorta respublikanın 23 şəhər və rayonunda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:34 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15