Modern.az

“ASAN xidmət” dən vətəndaşlara #OGünGələcək pozitiv MESAJI

“ASAN xidmət” dən vətəndaşlara #OGünGələcək pozitiv MESAJI

Aktual

1 Aprel 2020, 14:39

“ASAN xidmət” #OGünGələcək mesajlı sosial videoçarx hazırlayıb.

 

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, videoçarxda son zamanlar koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə vətəndaşlarımızın sosial həmrəylik nümayiş etdirərək evlərindən çölə çıxmamaları və bu səbəbdən Bakı şəhərinin küçələrinin boşluğu diqqətə çatdırılıb.


Bütün bunlara baxmayaraq vətəndaşlarımıza pozitiv mesaj ötürülərək bu küçələrdə tezliklə günəşin daha gözəl doğacağı, sevinc səslərinin eşidiləcəyi və birlikdə gözəl anların yaşanılacağı günün gələcəyinə ümid ifadə olunub. Həmin günün gəlməsi üçün bu günlərdə ayrı qalmağın mümkünlüyü, ürəklərin bir olduğu halda məsafələrin əngəl olmadığı bildirilib.

 

Xatırladaq ki, “ASAN xidmət” koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədi ilə loqotipində müvəqqəti dəyişiklik edib.
#məsafəniqoru insanları qoru sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi genişləndirilib.

Videoya keçid: //www.youtube.com/watch?v=M693XHV5444

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır