Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
Modern.az “Report”a istinadən xəbər verir ki, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şahgəldiyev Fərid Eldar oğlu xəsarət alıb.
O, hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Tibbi müayinədən sonra ona, sol əlin 4-5 daraq sümüklərinin sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, "Mercedes" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşmasından sonra zərbədən "Toyota" markalı avtomobil yolun kənarına aşıb.