Modern.az

Avropa İttifaqı ilə sazişin 90 faizdən çox hissəsi razılaşdırılıb

Avropa İttifaqı ilə sazişin 90 faizdən çox hissəsi razılaşdırılıb

Aktual

2 Aprel 2020, 17:10

Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi 2019-cu il üzrə hesabatında ikitərəfli beynəlxalq saziş də öz əksini tapıb.

 

Modern.az-ın xəbərinə görə, 2019-cu ildə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli Saziş layihəsinin hər 3 hissəsi – siyasi-təhlükəsizlik, ticarət və sektoral əməkdaşlıq blokları, eləcə də institusional, ümumi və yekun müddəalar üzrə danışıqlar plenar iclas və video-konfrans formatında Bakı və Brüssel şəhərlərində davam edib.

 

Hesabatda bildirilib ki, ümumilikdə sazişin 90 faizindən çox hissəsi tərəflər arasında ilkin olaraq razılaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI