Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatdı

2 Aprel 2020, 21:03

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 356 nəfərə çatıb.

 

Modern.az  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat açıqlayıb.


Nazir qeyd edib ki, bu gün daha 79 koronaviruslu xəstə ölüb.  Son 24 saatda 18 757 şübhəli koronavirus testindən keçib, onlardan 2456-nın cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135-ə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi