Şəhər nəqliyyat sistemində əks epidemik tədbirlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, bu çərçivədə gündəlik olaraq avtobus dayanacaq pavilyonları da dezinfeksiya olunur.

 

Dayanacaq məntəqəsindəki ödəmə terminalları da xüsusi dərman məhlulları ilə təmizlənir.

 

Avtobusların dezinfeksiyası da gündəlik olaraq davam etdirilir.