Modern.az

ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin!

ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin!

Aktual

3 Aprel 2020, 19:13

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarına müraciət edib.


Modern.az-ın məlumatına görə, ASAN Xidmət-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev müraciətdə bildirib:


“Hörmətli KİV nümayəndələri, çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.

Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir.

Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyətini nəzərə alaraq sui-istifadə hallarına yol verməməsi xahiş olunur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!